Bakı,
Azərbaycan
22/09/2026
-
05/10/2026
İş haqqında məlumat
İş yeri: Nike – Dəniz Mall
Əsas öhdəliklər
- Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsul və ölçü seçimində məsləhət vermək;
- Məhsullar, yeniliklər, gift card və loyallıq proqramları haqqında məlumat təqdim etmək;
- Yüksək xidmət standartlarını qorumaq, müştəri məmnuniyyətini və loyallığını artırmaq;
- Aylıq fərdi satış hədəflərinə nail olmaq;
- Satış, qaytarma və kassa əməliyyatlarını qaydalara uyğun həyata keçirmək;
- Məhsulların düzgün yerləşdirilməsini, qiymətləndirilməsini və satışa hazır olmasını təmin etmək;
- Stok, çatdırılma, inventar və məhsul köçürmələrində iştirak etmək, uyğunsuzluqları rəhbərliyə bildirmək;
- Müştəri və satış məlumatlarını sistemə düzgün daxil etmək, tələb olunan hesabatları təqdim etmək;
- Mağazanın təmizliyinə və vizual standartlarına dəstək göstərmək;
- Şirkətin daxili qaydalarına, maliyyə təhlükəsizliyi və məxfilik tələblərinə riayət etmək, komanda ilə əməkdaşlıq etmək.
Tələblər
- Kassir və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır).
- Rus dili biliyi.
- Nağd pul və POS terminalı ilə işləmək bacarığı.
- Güclü ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma.
- Məsuliyyətlilik, diqqətlilik və dürüstlük.
- Komandada işləmək bacarığı.