Decoliv

Kateqoriya meneceri

Decoliv
Ə/h razılaşma ilə
936
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 10:08 - 21.11.2025 12:00

İş haqqında məlumat

  • Potensial təchizatçıları (Çin) tapmaq, qiymətləndirmək və sertifikatlı, etibarlı fabriklərlə əməkdaşlıq qurmaq;
  • Qiymət, MOQ, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq və müqavilə şərtlərini optimallaşdırmaq;
  • Satış göstəricilərinə əsasən SKU dövriyyəsini və ehtiyac proqnozlarını optimallaşdırmaq;
  • Məhsul nümunələrini Decoliv standartlarına əsasən qiymətləndirmək (dizayn, material, qablaşdırma, təhlükəsizlik);
  • Promosyon kampaniyalarının və endirim aksiyalarının planlaşdırılması, icrasına nəzarət və nəticələrinin təhlili;
  • Satış göstəricilərini izləmək, dövri analizlər aparmaq və nəticələrə əsasən qərarlar vermək;
  • Satış, marketinq və vizual-merçendayzinq komandaları ilə sıx əməkdaşlıq edərək kateqoriyanın inkişafını təmin etmək;
  • Bazarın və rəqiblərin təhlilini aparmaq, yeni trendləri izləmək və kateqoriyanın inkişafı üçün təkliflər vermək;
  • Kateqoriya üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Digər məlumatlar:

  • Nahar təminatı
  • Servis xidməti
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Korporativ mobil nömrə və danışıq limiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);
  • Beynəlxalq satınalma sahəsində ən azı 2 il iş təcrübəsi
  • Ev dekoru, mətbəx, tekstil və household kateqoriyalarında təcrübə üstünlük hesab olunur;
  • Dil Bilikləri: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • Yüksək ünsiyyət, danışıqlar aparma və qərarvermə bacarığı;
  • Komandada işləmək, stressə davamlılıq və operativlik.