Bakı,
Azərbaycan
13/01/2026
-
27/01/2026
İş haqqında məlumat
- Kateqoriyanı idarə etməklə satış hədəflərini yerinə yetirmək
- Təyin olunmuş məhsul kateqoriyası üzrə alış strategiyasının hazırlanması və icrası
- Təchizatçı bazasının formalaşdırılması və inkişaf etdirilməsi
- Mövcud və yeni təchizatçılarla danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması
- Alış qiymətlərinin optimallaşdırılması və maya dəyərinin azaldılması
- Məhsul çeşidinin planlaşdırılması və kateqoriya balansının qorunması
- Satış proqnozlarına əsasən alış planlarının hazırlanması
- Stok səviyyəsinin planlaşdırılması, minimal və maksimal stok limitlərinin müəyyən edilməsi
- Alış sifarişlərinin vaxtında və düzgün icrasına nəzarət
- Təchizat prosesində yaranan problemlərin (gecikmə, keyfiyyət uyğunsuzluğu və s.) operativ həlli
- Bazar və qiymət araşdırmalarının aparılması, rəqib təhlili
- Endirim, bonus və geri ödəmə mexanizmləri üzrə təchizatçılarla razılaşmaların əldə olunması
- Məhsulun keyfiyyət və sertifikat tələblərinə uyğunluğuna nəzarət
- Logistika və anbar komandaları ilə koordinasiyalı əməkdaşlıq
- Alış üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Kateqoriya üzrə KPI-ların icrasına nəzarət
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
- İdarə etdiyi məhsul kateqoriyasının inkişaf planlarının hazırlanmasını koordinasiya etmək və bununla bağlı işlərin həyata keçirilməsini idarə etmək
- Mütəmadi bazar araşdırmaları aparmaq, rəqiblər və onların fəaliyyəti haqqında məlumat etmək, mağaza müdirləri ilə görüşlər keçirmək, onların istəklərini təyin edərək satışların artırılmasına dair tədbirlər planı hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək
- Nəzarətində olduğu məhsulların mağazalar üzrə alışı,satışı prosesinə nəzarət, mal qalığının idarə olunması, firmalardakı aktiv kampaniyaların dəyərləndirilməsi və tətbiqini həyata keçmək
- Bazar payı üçün plan qoyulması - ümumi və mağaza kateqoriyası /çeşid kateqoriyasına nəzarət etmək
- Firmalarla müqavilələrin müzakirəsi ve imzalanması, müqavilələr üzrə vitrin bölgüsünün təmin edilməsini həyata keçirmək
Əmək haqqı: Razılaşma əsasında
Tələblər
- ən azı 3 il iş təcrübəsi
- Yaş həddi: 25-40
- Marketlər üzrə kateqoriya meneceri təcrübəsi vacibdir.
- Microsoft Office proqramlarını bilmək
- Yüksək kommunikasiya və təqdim etmə bacarıqları
- Problem həll etmə bacarıqları
- Bazar analizləri etmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.