Bakı,
Azərbaycan
17.04.25
-
17.05.25
İş haqqında məlumat
- “DIY & Garden” kateqoriyasının inkişaf və tətbiq strategiyasının hazırlanması;
- Mövsümi trendlərin (təmir, bağ evi, interyer və s.) təhlili və uyğun məhsul çeşidinin formalaşdırılması;
- Qiymətlərin tənzimlənməsi və promosyon kampaniyalarının həyata keçirilməsi (məsələn, yaz-yay mövsümü);
- Təchizatçılarla işləmək: SKU-ların genişləndirilməsi, danışıqların aparılması, uzunmüddətli müqavilələrin bağlanması;
- Anbar qalıqlarının nəzarətdə saxlanması və əsas məhsulların mövcudluğunun təmin edilməsi;
- Marketinq, məhsul komandası, logistika və SEO ilə sıx əməkdaşlıq;
- KPI-ların izlənməsi (GMV, marja, ROI, dövriyyə) və müntəzəm hesabatlılıq;
- Yüksək təsir gücü olan bir rol;
- Bakı şəhərinin mərkəzində ofis;
- Tibbi sığorta;
- PAŞA Holdinqin DəyərliSən loyallıq proqramında iştirak imkanı;
- Yaradıcılığı və gözəllik yaratmağı sevən bir komanda.
Tələblər
- Category management və ya e-commerce sahəsində minimum 3 il təcrübə;
- DIY seqmenti və satınalmalarda mövsümi xüsusiyyətləri anlamaq;
- Güclü analitik bacarıqlar (Excel, BI platformaları);
- Təchizatçılarla danışıqlar və kommersiya şərtlərinin idarə olunması təcrübəsi;
- Ali təhsil və xarici dillərdən birini (rus və ya ingilis) yaxşı səviyyədə bilmək.