Azerbaijan SuperMarket

Kateqoriya Meneceri – Qeyri-qida məhsulları üzrə

Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
195
Tam iş günü
Bakı, Azərbaycan
25/09/2026 - 09/10/2026

İş haqqında məlumat

Sürətlə böyüyən supermarketlər şəbəkəmizdə qeyri-qida kateqoriyalarının inkişafına töfhə verəcək təcrübəli və kommersiya yönümlü Qeyri Qida məhsulları üzrə Kateqoriya Meneceri axtarırıq. Bu rol kateqoriya strategiyası, assortiment, qiymətləndirmə, promo idarəedilməsi, təchizatçı tərəfdaşlıqları, beynəlxalq satınalma və kommersiya göstəricilərinə nəzarət etməklə yanaşı, biznesin əsas funksiyaları ilə sıx əməkdaşlığı tələb edir.

Vəzifə öhdəlikləri:

Kateqoriya İdarəedilməsi

  • Şirkətin məqsədlərinə uyğun uzunmüddətli və qısamüddətli kateqoriya strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Assortimentin və kateqoriya göstəricilərinin optimallaşdırılması məqsədilə satışların, bazar tendensiyalarının, müştəri davranışının və rəqib fəaliyyətinin təhlil edilməsi.
  • Məhsulun həyat dövrünün (yeni məhsulların çeşidə daxil edilməsi, qiymətləndirmə, promo və çeşiddən çıxarılması daxil olmaqla) idarə olunması.
  • Satış, gəlirlilik, müştəri məmnuniyyəti və ehtiyat dövriyyəsinin balanslaşdırılması.
  • Çeşidlənmənin, qiymətləndirilmənin, promo və merçendayzinqin optimallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik edilməsi.

Təchizatçı və İdxal İdarəedilməsi

  • Yerli və beynəlxalq təchizatçılarla məhsulların axtarışı və inkişaf etdirilməsi (İdxal komandası ilə əməkdaşlıq çərçivəsində).
  • Qiymət, ödəniş şərtləri, çatdırılma cədvəlləri, promo dəstəyi və digər kommersiya şərtləri üzrə danışıqların aparılması.
  • Əsas təchizatçı münasibətlərinin idarə olunması və fəaliyyətin xərc, keyfiyyət, xidmət və innovasiya meyarları əsasında qiymətləndirilməsi.
  • Kommersiya müqavilələrinin icrasının və razılaşdırılmış təchizatçı gəlirlərinin vaxtında yığılmasının təmin edilməsi.

Kommersiya Planlaşdırması

  • İllik büdcələrin, proqnozların, kateqoriya planlarının və promo təqviminin idarə edilməsi.
  • Kateqoriya satışları, marja, gəlir və əsas kommersiya KPI-larına cavabdehlik.
  • Effektiv icranı təmin etmək üçün Marketinq, Merçendayzinq, Əməliyyatlar, Təchizat və Maliyyə şöbələri ilə əməkdaşlıq edilməsi.

Tələblər

  • Əsasən pərakəndə satış sahəsində kateqoriya menecmenti, satınalma, idxal satınalmaları, kommersiya idarəçiliyi, yüngül məişət malları kateqoriyaları üzrə 5+ il iş təcrübəsi;
  • Ali təhsil;
  • Pərakəndə kateqoriya menecmenti, yerli və beynəlxalq ticarət, mənbənin tapılması (sourcing) və logistika sahəsində güclü anlayış;
  • Beynəlxalq brendlərin idarə olunması təcrübəsi (yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla);
  • Əla səviyyədə danışıqlar aparmaq, analitik, kommersiya və layihə idarəetmə bacarıqları;
  • Microsoft Excel və pərakəndə analitika alətləri üzrə qabaqcıl səviyyədə biliklər;
  • Çeviklik və ezamiyyətlərə getməyə hazır olmaq;