Bakı,
Azərbaycan
06/04/2026
-
06/05/2026
İş haqqında məlumat
- Təhkim olunmuş məhsul kateqoriyası üzrə satış strategiyasının hazırlanması və icrası
- Kateqoriya üzrə satış, gəlir və mənfəət göstəricilərinin planlanması və izlənilməsi
- Məhsul portfelinin idarə olunması (assortimentin formalaşdırılması, optimallaşdırılması)
- Təchizatçılarla danışıqların aparılması, müqavilələrin bağlanması və şərtlərin optimallaşdırılması
- Qiymət siyasətinin müəyyən edilməsi və bazar analizinin aparılması
- Satış dinamikasının və stok səviyyələrinin analizi, ehtiyacların proqnozlaşdırılması
- Kampaniya və aksiyaların planlaşdırılması və effektivliyinin qiymətləndirilməsi
- Rəqiblərin və bazar trendlərinin mütəmadi təhlili
- Anbar, satış və marketinq komandaları ilə sıx əməkdaşlıq
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Əlavə məlumat:
- Əmək haqqı:Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
- İş qrafiki:I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri:H.Əliyev pr.152, Çinar Plaza.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması və ya uyğun sahə üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
- Analitik düşünmə və qərarvermə bacarığı
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı
- 1C proqramı üzrə biliklər üstünlükdür
- Danışıqlar aparma və təqdimat bacarıqları
- Komanda ilə işləmə qabiliyyəti
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Kateqoriya üzrə menecer” adını qeyd edərək göndərə bilərlər.