Superfon

Kateqoriya üzrə mütəxəssis

Superfon
Ə/h razılaşma ilə
392
Tam iş günü
Bakı, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

Şirkətin məhsul kateqoriyaları üzrə satışların, mənfəətliliyin və assortimentin effektiv idarə olunmasına dəstək vermək, məhsul hərəkətlərini təhlil etmək, stok və sifariş proseslərini koordinasiya etmək, həmçinin kateqoriya üzrə əməliyyat fəaliyyətlərinin effektiv icrasını təmin etmək.

  • Məhsul kateqoriyaları üzrə bazar, müştəri tələbatı və satış potensialını araşdırmaq;
  • Məhsul kateqoriyaları üzrə stok səviyyələrinin planlaşdırılmasında iştirak etmək və stok hərəkətlərini izləmək;
  • Kateqoriya üzrə marketinq və promosiya fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək, icrasını izləmək və effektivliyini qiymətləndirmək;
  • Həftəlik, aylıq və illik satış göstəricilərini kateqoriyalar üzrə təhlil etmək;
  • Kateqoriya üzrə məhsulların sifariş planlarının hazırlanmasında iştirak etmək və tədarük prosesini izləmək;
  • Məhsulların sifariş mərhələsindən satış nöqtələrinə çatdırılmasına qədər olan prosesə nəzarət etmək və satış nöqtələrində məhsul mövcudluğunu təmin etmək;
  • Məhsul çeşidi (assortiment), satış göstəriciləri və stok idarəetməsi üzrə təhlillər aparmaq və təkliflər vermək;
  • Satış, dövriyyə, marja və stok göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
  • Yeni məhsulların ERP sistemində yaradılmasını, kodlaşdırılmasını və məlumatlarının düzgün daxil edilməsini təmin etmək;
  • Rəqib məhsullar, qiymətlər, bazar tendensiyaları və yeni məhsul imkanları üzrə araşdırmalar aparmaq;
  • Kateqoriya üzrə aylıq və rüblük performans hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, Biznesin idarə olunması, Maliyyə və ya əlaqəli sahələr üzrə);
  • Kateqoriya idarəetməsi, satınalma, satış analitikası və ya kommersiya sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Elektronika, məişət texnikası, distribusiya və ya pərakəndə satış sahəsində təcrübə üstünlük hesab olunur;
  • Satış göstəriciləri, stok dövriyyəsi və məhsul performansının təhlili üzrə biliklər;
  • Satınalma, təchizat və stok idarəetməsi prosesləri üzrə anlayış;
  • Bazar araşdırmalarının aparılması və məhsul kateqoriyaları üzrə trend analizlərinin həyata keçirilməsi bacarığı;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;
  • MS Office proqramları üzrə yaxşı biliklər, xüsusilə MS Excel;
  • Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq;
  • Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Ölkədaxili və xarici ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar