AzerGold CJSC

Katibə / İdarə Heyətinin katibliyi

AzerGold CJSC
Ə/h razılaşma ilə
10314
Tam iş günü
Bakı, Azərbaycan
12.09.2025 05:39 - 12.10.2025 12:00

İş haqqında məlumat

  • Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
  • Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək rəhbərinə təqdim etmək;
  • Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra rəhbərinə təqdim etmək;
  • Rəhbərliyin Cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
  • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
  • İdarə Heyətinin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin etmək, onun səmərəli işləməsinə imkan verən şərait yaratmaq;
  • Qonaqların qarşılanması və aidiyyatı üzrə yönləndirilməsi;
  • Telefon zənglərinin cavablandırılması.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Tələblər

  • Azərbaycan dili (mükəmməl), Rus dili (sərbəst)
  • Microsoft Office proqramlarından yaxşı istifadə bacarığı;
  • Gülərüz, çevik, dürüst, nizam-intizamlı, yaxşı ünsiyyət bacarıqları, problem həlletmə, təşkilatçılıq və vaxtı idarə etmə bacarıqları.
  • Ali təhsil arzuolunandır ;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.