Bakı,
Azərbaycan
15.08.2025 10:09
-
15.09.2025 12:00
İş haqqında məlumat
- Daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
- Telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
- Rəhbərliyin qonaqlarını qarşılayır;
- Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
- Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
- Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
- Rəhbərin tapşırığı ilə məktublar, sorğular və sair sənədləri tərtib edir və lazım olduqda məktub müəlliflərinə cavablar hazırlayır;
- Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
- Rəhbərin verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.
- Rəhbərliyin iş otağının səliqəsinə və təmizliyinə nəzarət etmək,
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirir;
- Firma əməkdaşlarının təsərrüfat malları və dəftərxana ləvazimatı ilə təmin edilməsini həyata keçiri və nəzarət edir,
- Lazım olduqda faks qəbulu və göndərilməsi;
- Ofis daxili səliqə səhmana nəzarət edir.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir;
- Əmək haqqı razılaşma yolu ilə;
- Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir).
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Katibə -referent” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- 25-35 yaş aralığında olan qadın namizədlər;
- Ali və orta ixtisas təhsilli;
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Ofis avadanlıqlarından istifadə etmə bacarığı olmalı;
- Kompüter bacarıqları: Ofis proqramları- Word, Excel, yaxşı səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə);
- Məsuliyyətli, stresə davamlı.