Bakı,
Azərbaycan
24/04/2026
-
08/05/2026
İş haqqında məlumat
- Daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
- Telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
- Rəhbərliyin qonaqlarını qarşılayır;
- Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
- Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
- Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
- Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
- Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
- Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
- Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
- Rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
- Rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Ali təhsil;
- İş təcrübəsi : katibə-referent sahəsində Minimum 1 il iş təcrübəsi
- Cins: Xanım namizəd
- Yaş həddi: 25 – 30 arası
- Xoş xarici görünüş
- Azərbaycan dilində səlis danışmalı
- Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
- Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
- İşgüzar münasibət etikasını bilməli
- İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
- Təşkilatçılıq bacarığı
- Sənədləşmə işinin aparılması bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.