Amper Elektrik

Keyfiyyət Laboratoriyası Mütəxəssisi

Amper Elektrik
800 ₼
2440
Tam iş günü
Bakı, Azərbaycan
17/12/2025 - 31/12/2025

İş haqqında məlumat

  • Kabel məhsullarının izolyasiya və örtük materiallarının laboratoriya testlərinin aparılması
  • IEC 60811, IEC 60228 və digər beynəlxalq standartlara uyğun nümunələrin hazırlanması
  • Polimer materialları üzrə fiziki–mexaniki testlərin icrası:
  • Dartılma və uzanma
  • Qalınlıq ölçümü
  • Termal yaşlanma (soba testi)
  • Yanma və tüstü testləri (HFFR/LSZH)
  • İstehsalatdan gələn nümunələrin qəbul edilməsi və test planına uyğun ölçmələrin həyata keçirilməsi
  • Ölçmə nəticələrinin düzgün qeydiyyatı və Excel / sisteminə daxil edilməsi
  • Laboratoriya avadanlıqlarının düzgün saxlanılması və təhlükəsizlik qaydalarına əməl edilməsi
  • Keyfiyyət şöbəsi ilə koordinasiya şəkildə nəticələrin analizinə dəstək verilməsi

Şirkət təklif edir:

  • Əmək haqqı: 800 azn + bonus 
  • Sosial paket (işçi yeməyi və s.)
  • Peşəkar inkişaf və daxili təlimlər
  • Stabil və təhlükəsiz iş mühiti

Tələblər

  • Texniki sahə üzrə ali təhsil (kimya, materialşünaslıq, elektrik, mexanika və s.)
  • Kabel, plastik və ya sənaye laboratoriyasındakı təcrübə üstünlükdür
  • Laboratoriya avadanlıqları ilə işləmə bacarığı (tensile tester, mikrometr və s.)
  • Analitik düşüncə, yüksək dəqiqlik və məsuliyyət
  • Komanda ilə işləmə bacarığı
  • Excel proqramında işləmə bacarığı

Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.