Bakı,
Azərbaycan
03/08/2026
-
17/08/2026
İş haqqında məlumat
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycanın Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün Keyfiyyət Mühəndisi (Tikinti Sahəsi üzrə) vəzifəsinə peşəkar namizəd axtarırıq.
- Tikinti işlərinin layihə, texniki spesifikasiyalar və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
- Betonarme, infrastruktur, incə işlər və fasad işləri üzrə keyfiyyət yoxlamalarını həyata keçirmək;
- Giriş materiallarının, görülən işlərin və tamamlanmış mərhələlərin keyfiyyətə uyğunluğunu yoxlamaq;
- Uyğunsuzluqları müəyyən etmək, müvafiq hesabatları hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- Keyfiyyət yoxlama protokollarını, hesabatları və digər texniki sənədləri hazırlamaq və arxivləşdirmək;
- Podratçı və subpodratçıların işlərinin keyfiyyət tələblərinə uyğunluğunu izləmək;
- Layihə komandası ilə koordinasiyalı işləyərək keyfiyyət standartlarının tətbiqini təmin etmək;
- ISO 9001 və şirkətin keyfiyyət prosedurlarına uyğun fəaliyyət göstərmək.
Tələblər
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq;
- Keyfiyyətə nəzarət (QA/QC) sahəsində oxşar vəzifədə minimum 5–15 il iş təcrübəsinə malik olmaq;
- Betonarme, infrastruktur (altyapı), incə tikinti işləri və fasad işləri üzrə təcrübəyə malik olmaq;
- Texniki sənədləri oxuyub-anlamaq və yazışmalar aparmaq səviyyəsində ingilis dili biliyinə malik olmaq;
- Microsoft Office proqramlarını və AutoCAD proqramını sərbəst istifadə etmək bacarığına malik olmaq;
- Kompüter biliklərinə yüksək səviyyədə yiyələnmiş olmaq;
- Komanda ilə işləmək, analitik düşünmək və problemlərin həllinə yönümlü yanaşma nümayiş etdirmək;
- Üstünlük verilir: ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə Daxili Auditor (Internal Auditor) sertifikatına malik namizədlərə.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun