Azerconnect LLC

Keyfiyyət Təminatı Mühəndisi/ Quality Assurance Engineer

Azerconnect LLC
Ə/h razılaşma ilə
340
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək;
  • Yeni və mövcud  xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması;
  • Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
  • Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək;
  • Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq;
  • Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
  • Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək;
  • Daxili qaydalara və prosedurlara riayət etmək;
  • TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək.

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiyaı;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Tələblər

  • Bakalavr dərəcəsi (texniki sahəyə üstünlük verilir);
  • Mobil şəbəkə üzrə biliklər arzu olunandır;
  • Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər;
  • Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər;
  • Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
  • Mobil rabitə sahəsində 1 il iş təcrübəsi;
  • Java, JavaScript  (başlanğıc) / HTML;
  • UNIX/Linux;
  • PL/SQL Proqramlaşdırma bilikləri;
  • Azərbaycan və ingilis dili - yüksək səviyyədə; Rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.

Maraqlanan namizədlər "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.


Oxşar vakansiyalar