Sumqayıt,
Azərbaycan
01.04.24
-
01.05.24
İş haqqında məlumat
- Departamentin fəaliyyətlər üçün beynəlxalq standartlara uyğun olaraq keyfiyyətin idarə edilməsi ilə bağlı metodoloji prosedurların, təlimatların, iş axını diaqramlarının və müvafiq iş formalarının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi;
- Keyfiyyət menecmenti sistemi üzrə beynəlxalq standartlara və daxili prosedurlara uyğunluğu ölçmək üçün audit cədvəllərinin təşkili, auditlərin aparılması və auditlərin təşkilinin təmin edilməsi və aşkar edilmiş uyğunsuzluqların izlənməsi;
- Keyfiyyətin İdarəetmə Sisteminin tələb olunan bütün proseslərinin qurulmasına dəstək və təkmilləşməsində yaxından iştirak etmək;
- Keyfiyyət İdarəetmə Sisteminin tələbləri istiqamətində risk və imkanların idarə olunması prosesini koordinasiya etmək;
- Təsdiq edilmiş plana uyğun auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi üzrə hesabatları hazırlamaq;
- Rəhbərliyin təhlili üçün tələb olunan məlumatların toplanması və müvafiq təhlilin təşkil olunmasına dəstək;
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:00 – 17:00;
- İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Tələblər
- Təhsil: Ali təhsilli olmalı;
- Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
- Kompüter bacarıqları: MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İşgüzar və məsuliyyətli olmalı;
- İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdır;
- İSO 9001:2015 üzrə lead auditor sertifikatı olmalı.
Elanın müddəti bitmişdir