Sumqayıt,
Azərbaycan
17.06.2025 09:22
-
17.07.2025 12:00
İş haqqında məlumat
- Keyfiyyət təminatı işini planlaşdırmaq, idarəetmə sistemləri ilə bağlı prosesləri analiz etmək və sənədləşdirmək;
- Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin yaradılması, nəşri, idarə edilməsi, yenilənməsini təmin etmək və aktiv şəkildə tətbiqinə nəzarət etmək;
- İdarəetmə sistemi üzrə təftiş və nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- Standartlara, spesifikasiyalara, prosedurlara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, müqavilələrin tələblərinə cavab verməyən xidmət, məhsul və proseslərin qarşısını almaq üçün təkliflərin hazırlanmasında iştirak etmək;
- Fərdi fəaliyyət planı tərtibində iştirak etmək;
- Keyfiyyət təminatı sistemlərinin hazırlanması qaydaları və vasitələrini bilmək;
- Rəhbərliyə təftişlər və keyfiyyətə təminat metodları barədə təkliflər vermək, təftişləri həyata keçirmək və icrasına nəzarət etmək;
- Göstərişlərə əsasən nəticələrə dair hesabat vermək;
- Birbaşa rəhbərinə işi barədə hesabat vermək;
- Həftə ərzində 5 günlük iş qrafiki;
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
Tələblər
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Korporativ məlumat sistemində işləməyi bacarmalı;
- İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018);
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili vacibdir, rus dili arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.