

Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə mühəndis (QA/QC Engineer)
Bestcomp Group
Ə/h razılaşma ilə
623
Tam iş günü
Bakı,
Azərbaycan
15.09.2025 02:40
-
15.10.2025 12:00
İş haqqında məlumat
- Keyfiyyətə nəzarət və zəmanət prosedurlarının hazırlanması və tətbiqi.
- Materialların, avadanlıqların və sistemlərin yoxlanılması, auditlərin və sınaqların aparılması.
- Layihə spesifikasiyalarına, standartlara və qaydalara uyğunluğu təmin etmək.
- Təchizatçı və subpodratçıların keyfiyyət prosedurlarını nəzərdən keçirmək.
- Keyfiyyət qeydləri və sənədləşmənin aparılması.
- Uyğunsuzluqları müəyyənləşdirmək və korrektiv/preventiv tədbirlər təklif etmək.
- Layihə komandaları ilə əməkdaşlıq edərək davamlı keyfiyyət təkmilləşdirməsinə dəstək vermək.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması ;
- Müxtəlif yoxlama, test və audit prosedurlarını icra etmək bacarığı;
- Keyfiyyət idarəetmə sistemləri (QMS), statistik alətlər, qüsur izləmə proqramlarında işləmək bacarığı;
- Keyfiyyət hesabatlarının, yoxlama və test planlarının (ITP), metodoloji izahların hazırlanması və yoxlanılması;
- Keyfiyyət problemlərinin səbəblərini (Kök səbəb analizi) təhlil etmək və həll yolları tapmaq bacarığı.
Davranış bacarıqları
- Effektiv kommunikasiya bacarıqlarI;
- Diqqətlilik və analitik düşüncə qabiliyyəti;
- Güclü ünsiyyət və hesabatvermə bacarıqları;
- Müstəqil və komanda şəklində işləmə bacarığı;
- Vaxtın idarə olunması və təşkilati bacarıqlar;
- Layihə tələblərinə və dəyişən standartlara uyğunlaşmaq bacarığı.
Üstünlük hesab olunur
- Müvafiq İSO standartları üzrə daxili auditor və ya xarici auditor sertifikatlarının olması;
- İT layihələrində Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə təcrübəsinin olması;
- İngilis dili biliyinin olması.