Makromed

Keyfiyyət üzrə mütəxəssis

Makromed
Ə/h razılaşma ilə
1070
Tam iş günü
Bakı, Azərbaycan
28/09/2026 - 12/10/2026

İş haqqında məlumat

  • Müəssisənin KİS-inin tətbiqini, saxlanılmasını və təkmilləşdirilməsini qüvvədə olan qanunvericilik, tətbiq olunan standartlar və müəssisədaxili prosedurlar əsasında təşkil və koordinasiya etmək.
  • SOP, prosedur, təlimat, forma, şablon və digər keyfiyyət sənədlərinin hazırlanmasını, yenilənməsini, dövri baxışını, versiya nəzarətini, paylanmasını və arxivləşdirilməsini həyata keçirmək.
  • Şirkətdaxili proseslərin təsdiq edilmiş prosedurlara uyğunluğunu izləmək; uyğunsuzluq və kənaraçıxmaları qeydiyyata almaq, araşdırmaq və kök səbəb analizini koordinasiya etmək.
  • CAPA tədbirlərinin müəyyən edilməsi və hazırlanmasını koordinasiya etmək, icra müddətlərini izləmək, tədbirlərin effektivliyini qiymətləndirmək və bağlanmasını prosedura uyğun sənədləşdirmək.
  • Dəyişikliklərin idarə olunması (Change Control) prosesini koordinasiya etmək, dəyişikliklərin keyfiyyətə təsirinin qiymətləndirilməsində iştirak etmək və icrasını izləmək.
  • Keyfiyyət risklərini və imkanlarını müəyyən etmək, qiymətləndirmək və izləmək; risklərin idarə olunmasına dair qeydlərin aktual saxlanılmasını təmin etmək.
  • Daxili audit və özünüyoxlamaları planlaşdırmaq, təşkil etmək və keçirilməsində iştirak etmək; audit hesabatlarını hazırlamaq və müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirləri izləmək.
  • Müştəri, tərəfdaş və digər xarici auditlərə hazırlığı koordinasiya etmək, tələb olunan keyfiyyət sənədlərini hazırlamaq və audit nəticələri üzrə tədbirlərin izlənilməsini təmin etmək.
  • Əməkdaşların QMS, SOP və digər keyfiyyət mövzuları üzrə təlim ehtiyaclarını müəyyən etmək, təlimləri təşkil etmək, təlim matrisini və qeydləri aktual saxlamaq və SOP-larla tanışlığı izləmək.
  • Xarici xidmət təminatçıları, autsorsinq tərəfdaşları və zəruri hallarda təchizatçıların keyfiyyət baxımından ilkin qiymətləndirilməsi, seçimi, monitorinqi və təkrar qiymətləndirilməsində iştirak etmək və nəticələri sənədləşdirmək.
  • Müştəri şikayətləri, xidmət keyfiyyəti üzrə iradlar və müştəri məmnuniyyəti ilə bağlı məlumatların qeydiyyatını, araşdırılmasını və monitorinqini təşkil etmək.
  • Dərman vasitələrinin qeydiyyatı, farmakonəzarət və digər konsaltinq xidmətləri üzrə daxili proseslərin və sənəd dövriyyəsinin müəyyən edilmiş prosedurlara uyğunluğunu izləmək; aidiyyəti şöbələrlə keyfiyyət məsələləri üzrə əməkdaşlıq etmək.
  • Keyfiyyət göstəricilərini toplamaq və təhlil etmək, illik keyfiyyət qiymətləndirməsini və dövri hesabatları hazırlamaq; Management Review üçün məlumatları toplamaq, prosesi sənədləşdirmək, resurs ehtiyaclarını və təkmilləşdirmə təkliflərini Baş direktora təqdim etmək.
  • KİS-ə aid qanunvericilik, standart, metodiki sənəd və yaxşı təcrübələrdə dəyişiklikləri izləmək, zəruri yeniliklər barədə Baş direktora məlumat vermək və vəzifə funksiyası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • QMS, ISO 9001 və sənəd idarəetmə prinsipləri üzrə bilik;
  • SOP, prosedur, forma və digər keyfiyyət sənədlərinin hazırlanması və yenilənməsi bacarığı;
  • CAPA, deviation/non-conformity, Change Control və Risk Management prosesləri üzrə bilik;
  • Daxili audit və özünüyoxlamaların aparılması, hesabat və CAPA planlarının hazırlanması bacarığı;
  • Kök səbəb analizinin aparılması və uyğunsuzluqların izlənilməsi bacarığı;
  • Təlim və sənəd qeydlərinin idarə olunması bacarığı;
  • Əczaçılıq, dərman qeydiyyatı və farmakonəzarət prosesləri haqqında ümumi anlayış;
  • MS Office və elektron sənəd sistemləri ilə işləmək bacarığı;
  • Azərbaycan dili sərbəst, ingilis dili minimum B1–B2 səviyyəsində; rus dili üstünlükdür;
  • Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik və son tarixlərlə işləmək bacarığı.

Təklif Edilir:

  • Peşəkar inkişafı dəstəkləyən iş mühiti və keyfiyyət sisteminin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak imkanı;
  • Nəticələrə əsaslanan şəffaf KPI və bonus sistemi;
  • Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları;
  • İş qrafiki: həftədə 5 iş günü. İş saatları: 09:00–18:00; alternativ olaraq 08:00–17:00 və ya 08:30–17:30;
  • Əmək haqqı namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Oxşar vakansiyalar