Bakı,
Azərbaycan
04.06.24
-
04.07.24
İş haqqında məlumat
- Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi;
- Keyfiyyət performansının monitorinqi və təhlili;
- Keyfiyyət normalarının yerinə yetirilməsini təmin etmək üçün materialları, avadanlıqları və prosesləri yoxlamaq va sinaqdan keçirmək;
- Nəzarət və təkmilləşdirmələri inkişaf etdirmək və həyata keçirmək üçün əməliyyat menecerləri ilə əməkdaşlıq etmək;
- İstehsal problemlərinin araşdırılması, aradan qaldırılması və tam nəzarət;
- Düzəliş tədbirlərinin, həllərin və təkmilləşdirmələrin hazırlanması;
- Layihənin bütün fəaliyyətlərinin keyfiyyətə nəzarəti başa çatdıqdan sonra qəbul edilməsinə icazə verərək, onun məsuliyyət sahəsi daxilində istinad sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
- KİS Prosedurları ilə tələb olunan digər departamentlərin proseslərinin monitorinqi, tələb olunarsa, layihə çərçivəsində Keyfiyyət auditlərinin aparılması;
- Yoxlamalara nəzarət etmək və şahid olmaq, hesabatları və sənədləri yoxlamaq və tələb olunan Keyfiyyət Qeydlərini toplamaq və fayl-serverə yüklənməsinə nəzarət etmək;
- NCR, RMA, MS, OP və s. tətbiq etmək və nisbi düzəldici tədbirlər həyata keçirmək;
- Layihə üçün alınan bütün materialların təsdiq edilmiş təqdimata uyğun olduğunu, müvafiq qaydada işləndiyini və saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək;
- Keyfiyyət tələblərini müzakirə etmək üçün işin hər yeni mərhələsinin əvvəlində yeni və mövcud subpodratçılarla tikinti öncəsi görüşlər keçirmək və KT/KN tələblərinin şərtləri ilə tanış etmək;
- Layihənin təhvil-təslim prosesini əlaqələndirmək və sənədləşdirmək;
- Quraşdırılmış və zəmanətlər kimi istismar və təmir kitabçalarını ehtiva edən layihənin bağlanması sənədlərini toplamaq və arxivləşdirmək;
- Zəruriyyət yarandığı hallarda, keyfiyyətə təsir edən və ya işin məntiqi irəliləyişinə mane olan məsələləri həll etmək üçün işi dayandırmaq;
- Keyfiyyət və sənaye tənzimləmə tələblərinə davamlı uyğunluğu təmin etmək;
- Korporativ layihələrdə Keyfiyyətə Nəzarət Menecerinin Tapşırıqlarını həyata keçirmək;
- İş yeri: Region.
Tələblər
- Təhsil: Ali təhsili mühəndislik və ya mühəndislik ilə əlaqəli ixtisasa malik olmaq;
- Təcrübə: Keyfiyyət mühəndisliyi, keyfiyyət təminatı və ya oxşar vəzifədə minimum 10 illik təcrübə (5 il Beynəlxalq Layihələrdə (FİDİC) olmaq şərti ilə);
- Dil bilikləri: İngilis, Rus və Azərbaycan dillərində danışıq və yazı bacarığının əla səviyyədə malik olmaq;
- Kodlaşdırma və QA proqram alətləri və proseslərindən istifadə təcrübəsi;
- Ünsiyyət və koordinasiyalı komanda ilə işləmə bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Tikinti materiallarının sınaqlarının AASHTO, BS, ASTM, GOST, AzDTN və s. Beynəlxalq standartların tətbiq və nəzarət bacarıqları.
Elanın müddəti bitmişdir