RT

Keyfiyyətə nəzarət mühəndisi

RTS Tikinti-Təmir MMC
Ə/h razılaşma ilə
394
Tam iş günü
Ağdam, Azərbaycan
13/11/2025 - 13/12/2025

İş haqqında məlumat

  • Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
  • Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
  • Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
  • Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
  • 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
  • Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
  • Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
  • Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
  • Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək
  • Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi

Şərtlər:

  • Qalmaq və yeməklə təmin olunacaq

 İş qrafiki:

  • Bazar ertəsi – Şənbə: 08:00 - 17:00

İş yeri: Ağdam şəhəri

Əmək haqqı: Razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazmaqla öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi ( inşaat sahəsi üzrə );
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office.

Oxşar vakansiyalar