Bakı,
Azərbaycan
22.09.2025 12:14
-
22.10.2025 12:00
İş haqqında məlumat
- SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətlərin beynəlxalq standartlara (ISO 9001,ISO 29001,ISO 31000 və s.) uyğunluğunu təmin etmək və bu məqsədlə yoxlama qrafiklərinin hazırlanmasında və auditlərin təşkilində iştirak etmək;
- Keyfiyyət idarəetmə sisteminin tətbiqi, inkişafı və davamlı təkmilləşdirilməsi üzrə təkliflər vermək, uyğunluğun təmin olunmasına nəzarət etmək;
- Uyğunsuzluq hallarının analizi, CAPA tədbirlərinin icrasına nəzarət və hesabatların hazırlanmasını həyata keçirmək;
- İstehsal, tikinti-montaj, istismar və test mərhələlərində keyfiyyətə nəzarət və ITP sənədlərinin hazırlanmasında iştirak;
- Tender və müqavilə mərhələlərində tikinti və keyfiyyət meyarlarının formalaşdırılması və icrasına nəzarət etmək;
- Mal-materialların texniki spesifikasiyalara və sertifikatlara uyğunluğunu yoxlamaq, texniki sənədlərə rəy vermək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Müvafiq metod bəyanatlarına, tikinti normalarına, milli normativ-hüquqi aktlara və müəssisədaxili tələblərə uyğunluğa nəzarət;
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflər vermək.
Tələblər
- Texniki sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
- 5 il müvafiq sahə üzrə iş stajı (mühəndis kimi);
- Tikinti sahəsində keyfiyyətin idarə edilməsi, inspeksiya, risklərin idarə olunması və davamlı təkmilləşmə bilikləri;
- Beynəlxalq və yerli standartlar üzrə biliklər;
- Tikinti layihələrinin icrasında keyfiyyətə nəzarət üzrə iş təcrübəsi;
- İnspeksiya və sınaq metodları, test prosedurları və qiymətləndirmə meyarları;
- Təqdimat hazırlama və təqdimetmə;
- Komandada işləmə, verbal ünsiyyət, analitik düşüncə, araşdırma və təhlil bacarıqları;
- MS Office sərbəst istifadəçi;
- İngilis dili B1+