Bakı,
Azərbaycan
09/01/2026
-
23/01/2026
İş haqqında məlumat
- Tikintidə keyfiyyətə nəzarətin təmin edilməsi, keyfiyyətin idarəedilməsi planı və prosedurlarının hazırlanması və icrasına nəzarət edilməsi;
- Tikintidə istifadə olunan materialların, konstruksiyaların və yarımfabrikatların layihə şərtlərinə uyğunluğunu təsdiq edən sənədlərin toplanması, yoxlanılması və saxlanılması;
- Keyfiyyətə dair müvafiq sənədlərin (mühəndislər, podratçılar) sifarişçiyə və digər aidiyyəti şəxslərə təqdim edilməsi və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət;
- Tikinti obyektində tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, işçi cizgilərə, texniki normativ sənədlərə və keyfiyyət proqramına uyğun icrasına nəzarət;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə nəzarət edilməsi, mənşə və keyfiyyəti təsdiq edən sənədlərin yoxlanılması;
- Obyektdə aparılan bütün tikinti proseslərinin mövcud standartlara uyğun həyata keçirilməsinə nəzarət;
- İş prosesində istifadə olunan material və konstruksiyaların texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqlar aşkar edildikdə aidiyyəti üzrə səlahiyyətli şəxslərə məlumat verilməsi və uyğunsuzluq hesabatlarının hazırlanması;
- Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarət funksiyasının icra edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Vakansiya növü: Tam ştat;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər
- Bəy namizəd
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikintidə keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
- Layihə-smeta sənədləri, işçi cizgilər və texniki normativ sənədlərlə işləmə bacarığı;
- Tikinti materialları və konstruksiyalarının keyfiyyət göstəriciləri üzrə biliklər;
- Forma 2 və Forma 3 sənədlərinin tərtibində praktiki təcrübə;
- ISO 9001 və digər müvafiq keyfiyyət standartları üzrə biliklər (üstünlükdür);
- MS Office proqramlarında və AutoCAD faylları ilə sərbəst işləmə bacarığı;
- Analitik düşünmə, detallara diqqət və məsuliyyətlilik;
- Vaxtın düzgün idarə edilməsi, planlaşdırma və operativ qərarvermə bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.