Azərşəkər LLC

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1345
Tam iş günü
Bölgələr, Azərbaycan
12.09.2025 11:54 - 12.10.2025 12:00

İş haqqında məlumat

  • Təsərrüfatda aparılan aqrotexniki tədbirlərin keyfiyyətinin yoxlanılması və qeydiyyatı , uyğunsuzluqların müəyyən edilib rəhbərliyə və proses sahibinə məlumat verilməsi və qeydiyyatının aparması;
  • Sahələrdə gündəlik monitorinqlərin aparılması;
  • Keyfiyyətə nəzarət planına uyğun lazımı tədbirlərin aparılmasın təşkil etmək , standartdan kənara çıxmalar olduqda prosesi durdurmaq və cavabdeh şəxslərə bildirmək;
  • Təsərrüfata qəbul olunan mal-materialın (gübrə ,toxum, dərman və. s) qəbulu zamanı keyfiyyət dəyərlərini yoxlamaq, qəbul rəyini vermək;
  • Texnikaların, nasosların və pivotların texniki qulluqlarının tərtib olunmuş qrafiklərə uyğun aparılmasını yoxlamaq;
  • Həftəlik olaraq anbarlarda malların düzgün şəraitdə saxlanılması və istifadə müddətlərinə nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Günlük aparılan monitorinqləri raport halında göndərmək;
  • Mövsüm bitdikdən sonra İl ərzində təsərrüfatda qeydə alınan uyğunsuzluqlar və onların həlli istiqamətində görülən tədbirlər haqqında təqdimat hazırlamaq.

Əlavə məlumat:

  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri;
  • Funksional rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri;
  • İş yeri: Ağcabədi, Yevlax, Şəmkir təsərrüfatları ;
  • İş qrafiki: 6 günlük iş həftəsi  ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00).

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis və uyğun region) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan  dili səlis, ingilis  və rus dilləri arzu olunandır;
  • Ofis proqramları (word, excel, outlook).