Sumqayıt,
Azərbaycan
09.10.2025 01:00
-
09.11.2025 12:00
İş haqqında məlumat
- İstehsalda keyfiyyət standartlarına uyğun bütün sənədləşmə və prosedurların həyata keçirilməsini təmin etmək;
- Keyfiyyət nəzarəti, yoxlama və sınaq proseslərinə nəzarət etmək;
- Risk qiymətləndirməsi aparmaq, cari riskləri idarə etmək və gələcək riskləri proqnozlaşdırmaq;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və qarşısının alınması tədbirlərini həyata keçirmək;
- Məhsulun sertifikatlaşdırılması və standartlaşdırılması proseslərini təşkil etmək və ona nəzarət etmək;
- Bütün məhsullar üçün ardıcıl və yüksək keyfiyyət standartlarını təmin etmək.
Biz Təklif Edirik:
- Əmək haqqı (xalis): 1400 AZN;
- Nahar və servis xidməti;
- Davamlı inkişaf;
- Peşəkar və sabit iş mühiti.
İş Rejimi:
- İş günləri: Həftədə 5 gün;
- İş saatları: 09:00 – 18:00;
- Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Texnologiyalar Parkı (STP 2).
Maraqlandığınız təqdirdə,CV-nizi mövzu hissəsində "Keyfiyyətə Nəzarət Üzrə Menecer" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin:
Tələblər
- Təhsil: Mühəndislik (Elektrik, Elektronika, Mexanika və s. texniki sahələr) üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür;
- İş təcrübəsi: İstehsalat sahələrində Keyfiyyətə Nəzarət üzrə minimum 5 il təcrübə;
- Yaş məhdudiyyəti; 30-40.
Sertifikatlar:
- ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) sertifikatı mütləq tələbdir;
- ISO 14001, ISO 45001 və ya digər peşəkar sertifikatlar üstünlükdür.
Bacarıqlar:
- Normativ və konstruktor sənədlərini anlamaq;
- İstehsal olunan məhsulun texnologiyasını bilmək;
- Məhsulun standartlara uyğun nəzarət parametrlərini, nəzarət qaydalarını və ölçmə vasitələrindən istifadəni bacarmaq;
- Məhsulun xarici qüsur əlamətlərini tanımaq və sinifləşdirmək;
- Mükəmməl təşkilatçılıq bacarıqları (planlaşdırma, vaxtın idarə edilməsi, yazışma qaydaları);
- Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində); İngilis və ya Rus dillərindən biri üstünlükdür.