Bakı,
Azərbaycan
25.06.2025 16:26
-
25.07.2025 12:00
İş haqqında məlumat
- Şirkətin Keyfiyyət İdarəetmə Sistemi (KYS) və Keyfiyyət Əl Kitabçasının hazırlanmasını təşkil etmək və tətbiq etmək;
- Layihələr üçün icra planlarının (Execution Plans) və iş yapım metodları (Method Statements) hazırlanmasında rəhbərliklə sıx əməkdaşlıq etmək;
- Layihə sənədlərinə uyğun olaraq işlərin yüksək keyfiyyətlə icra edilməsini təmin etmək;
- Tikinti proseslərində beynəlxalq standartlara uyğun keyfiyyət sisteminin tətbiqini təmin etmək (ISO 9001, Kaizen, Lean Construction, 5S və s.);
- Tikinti materiallarının keyfiyyətinə nəzarət etmək və uyğunluğunu qiymətləndirmək;
- Keyfiyyətə dair daxili və xarici auditlərin keçirilməsini təşkil etmək, nəticələri analiz edərək prosesləri təkmilləşdirmək;
- Keyfiyyət idarəetmə prosedurlarının işçilərə öyrədilməsi və onların tətbiqinə nəzarət etmək;
- Şirkət miqyasında keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək və bu sahədə yeniliklər təklif etmək;
- Layihələrin icrası zamanı keyfiyyətlə bağlı problemlərin həlli üçün tədbirlər planı hazırlamaq və icrasını təmin etmək;
- Tikinti normalarına və qaydalarına tam əməl olunmasını təmin etmək;
- Tikinti layihələrinin uğurlu və keyfiyyətli tamamlanması üçün podratçılar, layihə qrupları və digər işçi heyəti ilə koordinasiyanı təmin etmək;
- İş günləri: 5 günlük iş qrafiki;
- Nahar fasiləsi: 13:00-14:00.
Tələblər
- Tikinti mühəndisliyi, layihə idarəetməsi və ya müvafiq sahədə ali təhsil;
- Keyfiyyət idarəetmə sistemləri və Keyfiyyət Əl Kitabçasının hazırlanması üzrə təcrübə;
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
- ISO 9001, EN, SNIP standartları və Lean Construction, Kaizen metodologiyaları haqqında dərin biliklər;
- AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
- Güclü strateji düşünmə və analitik bacarıqlar;
- Layihə sənədlərinin hazırlanması və analizi sahəsində təcrübə;
- Komanda ilə işləmə və yüksək səviyyəli kommunikasiya bacarıqları;
- Azərbaycan dilində sərbəst yazmaq və danışmaq (İngilis və rus dili üstünlükdür).