Bakı,
Azərbaycan
17/03/2026
-
31/03/2026
İş haqqında məlumat
- Tikinti və ya istehsalat proseslərində keyfiyyət standartlarına nəzarət
- Layihə keyfiyyət sənədləri (MAR, MS, NFI və s.) hazırlamaq və yeniləmək
- Keyfiyyət planlaması sənədlərinin hazırlanması
- Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması
- Materialların və iş proseslərinin keyfiyyətinin monitorinqi
- Keyfiyyət yoxlamaları və auditlərin aparılması
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi
- Keyfiyyət hesabatlarının hazırlanması və sənədləşdirilməsi
İş şəraiti:
- İş yeri: Mərdəkan şəhəri
- 6 günlük iş qrafiki;
- İş saatları: 09:00 – 17:00, (13:00 – 14:00 nahar fasiləsi)
- İstirahət günləri: Bazar
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər
- Mühəndislik və ya əlaqəli texniki sahə üzrə təhsil
- Texniki sənədlər və layihələrlə işləmə bacarığı
- Keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi
- Detallara diqqət və məsuliyyətlilik
- Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı
- Komandada işləmək bacarığı
Üstünlüklər:
- Tikinti layihələrində QC təcrübəsi
- Keyfiyyət standartları (ISO və s.) üzrə bilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.