OVEN

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

OVEN
Ə/h razılaşma ilə
1699
Tam iş günü
Bakı, Azərbaycan
08.07.2025 12:31 - 08.08.2025 12:00

İş haqqında məlumat

  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasının təmin edilməsi;
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabatın hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət edilməsi;
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması;
  • Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətninin hazırlanmasında iştirak, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularının cavabalandırılması;
  • Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlanması və lazımi hallarda müştəriyə təqdim edilməsi;
  • Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarətin həyata keçirilməsi, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi;
  • İstehsal zamanı uygunsuz çıxan məhsulların blok edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmə; 
  • İş rejimi: Növbəli;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Tələblər

  • Təhsil: Ali (Qida sənayesi üzrə üstünlükdür)
  • Qida və qənnadı istehsalı sahəsində keyfiyyət mütəxəssisi olaraq 2-3 il iş təcrübəsi;
  • İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət;
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması;
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici tədbir və risklərin hesablanması;
  • Stresli iş şəraitində işləmə bacarığı;
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmə.