"Fin-Plast İnternational" MMC

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

"Fin-Plast İnternational" MMC
Ə/h razılaşma ilə
5184
Növbəli iş
Sumqayıt, Azərbaycan
28.07.2025 00:00 - 28.08.2025 00:00

İş haqqında məlumat

  • İstehsalatdan çıxan məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
  • İstehsalat zamanı məhsulun ölçü, çəki, say və qalınlıq normalarına nəzarət;
  • Xammalın və əlavə qatqıların keyfiyyətinin yoxlanılması və sənədləşdirilməsi;
  • Müştəriyə göndəriləcək məhsulların son keyfiyyət testlərinin aparılması;
  • Zədəli və normadan kənar məhsulların ayırd edilməsi və qeydiyyata alınması;
  • Keyfiyyət problemi yaşanan məhsul və xammalların araşdırılması və səbəb-nəticə təhlili;
  • İstehsal zamanı məhsulun keyfiyyətini artırmaq üçün əlavə qatqıların və texniki dəstəklərin araşdırılması;
  • Məhsulun düzgün və səliqəli şəkildə paketlənməsinə nəzarət;
  • Gündəlik və aylıq keyfiyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • ISO və daxili keyfiyyət standartlarına uyğun fəaliyyətin təmin olunması;
  •  Nahar və Sumqayıt daxili servis – şirkət tərəfindən təmin olunur.

Təklif olunur:

  • Rəsmi əmək müqaviləsi və stabil əmək haqqı (təcrübəyə əsasən müəyyən olunur);
  • Davamlı inkişaf və təlim dəstəyi;
  • Karyera yüksəlişi imkanı.
  • İş yeri: Sumqayıt şəhəri;
  • Şirkət: "Fin-Plast İnternational" MMC (Qida və qeyri-qida qablaşdırmaları üzrə polietilen məhsulların istehsalı);
  •  İş rejimi: 6 günlük iş həftəsi (növbəli iş qrafiki).

 Müraciət:
 

  • Zəhmət olmasa CV-nizi “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” başlığı ilə aşağıdakı e-mail ünvanına göndərin və ya əlaqə saxlayın:  [email protected]
  • Telefon- 050 251 14 55.

Tələblər

  • Texniki və ya kimya, mühəndislik sahəsində ali təhsil;
  • Keyfiyyətə nəzarət sahəsində ən az 1 il iş təcrübəsi (istehsalat sahəsində üstünlükdür);
  • Ölçü cihazları (mikrometr, kalibr, elektron tərəzilər və s.) ilə işləmə bacarığı;
  • Dəqiq, məsuliyyətli və təhlil yönümlü olmaq;
  • Komandada işləmə və istehsalat strukturlarını başa düşmək bacarığı;
  • Sumqayıt və yaxın ərazilərdə yaşayanlara üstünlük verilir.
     


Oxşar vakansiyalar