Bakı,
Azərbaycan
05.11.2025 10:12
-
05.12.2025 12:00
İş haqqında məlumat
- Müştəridən qəbul edilən avadanlıq və komponentlərdə, eləcə də onların təmir və bərpa prosesinin bütün mərhələlərində defektoskopiya (vizual, ölçü və qeyri-dağıdıcı sınaqlar daxil olmaqla) aparmaq, mövcud qüsurları müəyyən etmək;
- Aşkarlanmış qüsurlara dair fotoşəkil sübutları əlavə edilməklə Qüsur Aktını (Defect Act) hazırlamaq və rəsmiləşdirmək;
- Təmir və Bərpa Planının hazırlanmasında iştirak etmək, keyfiyyət tələblərinin (Quality Plan) plana daxil edilməsini təmin etmək və təmir prosesinin bütün mərhələlərində həmin plana riayət edilməsinə görə məsuliyyət daşımaq;
- Müştəridən daxil olan avadanlıqların, eləcə də materialların və ehtiyat hissələrinin giriş yoxlamalarını həyata keçirmək (avadanlığın qəbul vəziyyətini yoxlamaq), ilkin qüsurların aşkarlanması prosesini aparmaq (vizual baxış və ölçmə), müşayiətedici sənədləri yoxlamaq və daxil olan materialların (məsələn, qaynaq elektrodlar, termik püskürtmə tozlar, yastıqlar) uyğunluğunu yoxlamaq;
- Prosesdaxili yoxlamalar aparmaq, o cümlədən sökülmədən sonra geniş qüsurların aşkarlanması, qaynaqdan sonra qaynaq keyfiyyətinin yoxlanılması, termik püskürtmədən sonra örtük qalınlığı və yapışma testləri, mexaniki emaldan (torna, yonma, cilalama) sonra ölçü və tolerantlıqların yoxlanılması, istilik emalı və ya xrom örtükdən sonra yoxlamalar;
- Müştəriyə təhvilvermədən əvvəl yekun yoxlamalar aparmaq, ölçülərin, tolerantlıqların və uyğunluğun (cizgilərə və texniki tələblərə əsasən) yoxlanılmasını təmin etmək və görülmüş işlərin müştəri tələblərinə tam uyğun olduğunu təsdiqləmək;
- Yekun sənədləşməni, o cümlədən İşin Tamamlanma Hesabatını (Job Completion Report) hazırlamaq və təqdim etmək;
- Tam izlənilə bilməni təmin etmək üçün təmir prosesinin bütün mərhələlərinə dair sənədləşməni aparmaq (avadanlığın qəbulu, sökmə işləri, qaynaq, mexaniki emal işləri, örtükləmə və təhvilvermə).
- Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq, düzəldici tədbirlərin icrasına nəzarət etmək və NCR Reyestrini mütəmadi yeniləmək;
- Müştəri şikayətlərinin analizinə dəstək vermək və kök səbəb analizində (RCA) aktiv iştirak etmək;
- Ölçü alətləri və avadanlıqların Kalibrasiya Reyestrini aparmaq, kalibrləmənin vaxtında həyata keçirilməsini və izlənilə bilənliyini təmin etmək;
- Keyfiyyət və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək məqsədilə emalatxana əməkdaşları ilə effektiv əməkdaşlıq etmək.
Diqər vəzifələr / Other Duties /
- Xətti rəhbər tərəfindən verilən tapşırıqları, öz səlahiyyət və peşə kompetensiyası çərçivəsində, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Yaş həddi;
- 28-65;
İş təcrübə /Work experience:
- Ən azı 5 il iş təcrübəsi oxşar vəzifədə.
Kompüter bacarıqları / Computer knowledge:
- Güclü kompüter bacarıqları, o cümlədən MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) sərbəst işləmək bacarığı, elektron sənəd dövriyyəsi sistemləri və ERP platformaları ilə işləmək təcrübəsi,
- Ali mühəndislik təhsili (maşınqayırma, metallurgiya, təmir mühəndisliyi, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma və ya bu sahələrə yaxın ixtisas)
İxtisas / Specialty
- “Mexaniki və ya Metallurgiya mühəndisliyi”, “Metrologiya, Standartlaşdırma və Sertifikatlaşdırma”, “Təmir mühəndisliyi”, “İstehsalat mühəndisliyi”, “Maşınqayırma” və s.
Zəruri olan biliklər və bacarıqlar
Biliklər:
- Vizual, ölçü və dağıdıcı olmayan nəzarət üsulları.
- Gələn, prosesdaxili və yekun nəzarət üsulları.
- Qaynaqların, örtüklərin, xromlama və istilik emalı işlərinin keyfiyyətinə dair normativ tələblər.
- Fırlanan avadanlıqların və onların komponentlərinin (vallar, ştoklar, impellerlər, rotorlar, podşipniklər və s.) quruluşu və işləmə prinsipləri.
- Bərpa texnologiyaları (qaynaqlama, üzləmə, termiki çiləmə, xromlama, mexaniki emal – torna, slifləmə, cilalama).
- Ölçü alətlərindən (mikrometrlər, ştangen-sirkullar, indikatorlar, nutrometrlər və s.) istifadə qaydaları.
- Detalların tolerantlıqları, oturmaları, geometrik parametrləri və səthin pürüzlülüyü tələbləri.
- Ölçü alətlərinin uçotunun aparılması, kalibrlənməsi və yoxlanılması qaydaları.
Bacarıqlar:
- ERP və sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı.
- Ölçü cihazlarının kalibrlənməsi və yoxlanması üzrə təcrübə (şərt deyil), o cümlədən sənədləşmə nəzarətinin aparılması.
- Qeyri-dağıdıcı sınaq (NDT) metodları (VT, PT, MT və s.) üzrə ilkin biliklər.
- Mütləq diplomalar, şəhadətnamələr, sertifikatlar, lisenziyalar, və s. / Mandatory Certificates, diplomas, licenses, etc.
- “ISO 9001:2015 Daxili Auditor sertifikatının mövcudluğu məcburidir
- “ISO 45001:2018 Əməyin mühafizəsi və təhlükəsizlik idarəetmə sistemi – standartın strukturu və əsas tələbləri” və “ISO 14001:2015 Ekoloji idarəetmə sistemi – standartın strukturu, ekoloji aspektlər və risklər üzrə tələblər” mövzusunda keçirilmiş kurslar üzrə şəhadətnamələrin və ya səriştəliliyin mövcudluğu üstünlük hesab olunur.
Xarici dillər / Foreign languages:
- Azərbaycan dilini yüksək səviyyədə bilmək məcburidir.
- İngilis dilini orta-yüksək (upper-intermediate) səviyyədə bilmək məcburidir.