Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
- Görülən işlərin keyfiyyətinə mövcud norma və standartlara uyğun şəkildə nəzarət etmək
- Geoloji, beton və digər müvafiq laboratoriyalarla əlaqə saxlamaq və işləri koordinasiya etmək
- Yoxlama (inspeksiya) zamanı sifarişçi tərəfindən bildirilən irad və tələblərə əsasən yaranan uyğunsuzluqların səbəblərini müəyyən etmək və aradan qaldırılmasını təmin etmək
- İş prosesləri və daxili təlimatların normativ sənədlərin tələblərinə uyğun icra olunmasına nəzarət etmək
- Layihəyə daxil olan materialların qəbul zamanı keyfiyyət yoxlamasını aparmaq
- Layihə üzrə keyfiyyət risklərini müəyyən etmək və qiymətləndirmək
İş şərtləri:
- İş yeri: Tikinti sahələri
- Nahar fasiləsi: 13:00 - 14:00
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblər
- Keyfiyyətin idarə olunması sistemi üzrə ümumi nəzəri biliklər
- Layihəyə daxil olan materiallara nəzarət sistemi və müvafiq qeydiyyat qaydaları haqqında biliklər
- Fövqəladə Hallar Nazirliyinin monolit beton konstruksiyalarına nəzarət qaydaları barədə məlumatlı olmaq
- Dəmir-beton işlərini tənzimləyən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyi bilmək
- Layihə sənədlərinin AutoCAD proqramı vasitəsilə oxunması və icra üsulları üzrə biliklər
- Müvafiq sahə üzrə ali təhsil və ya ali təhsil ilə yanaşı 1–3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Tikinti sahəsində keyfiyyətə nəzarət (mülki işlər üzrə) üzrə 1–3 il iş təcrübəsi;
- Dəqiq, məsuliyyətli olmaq və operativ qərarvermə bacarığı;
- Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və yüksək məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.