Caspian Engineering Solutions MMC

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Caspian Engineering Solutions MMC
Ə/h razılaşma ilə
4720
Tam iş günü
Bakı, Azərbaycan
05/02/2026 - 19/02/2026

İş haqqında məlumat

  • Laboratoriya və inspeksiya fəaliyyəti üzrə AZS ISO/IEC 17025:2020 və AZS ISO/IEC 17020 standartlarına uyğun idarəetmə sisteminin yaradılması, tətbiqi və davamlılığının təmin edilməsi;
  • Akkreditasiya və reakkreditasiya proseslərinin təşkili və müşayiəti;
  • Keyfiyyət üzrə rəhbərlik sənədlərinin, prosedur, təlimat, forma və qeydlərin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
  • Laboratoriya və inspeksiya fəaliyyətinə aid sənədlərin aktual və əlçatan saxlanılması;
  • Laboratoriyalararası və laboratoriyadaxili müqayisəli yoxlamaların (PT/ILC) təşkili və nəticələrin təhlili;
  • Uyğunsuzluqların, düzəldici fəaliyyətlərin izlənməsi və hesabatlandırılması;
  • Daxili və xarici auditlərin təşkili və keçirilməsində iştirak;
  • İllik audit və təlim planlarının hazırlanması.
  • ISO 9001, ISO 14001 və ISO 45001 standartlarına uyğun idarəetmə sisteminin tətbiqi və saxlanılması;
  • Keyfiyyət hədəflərin hazırlanması və izlənməsi;
  • Risk və imkanların müəyyən edilməsi, qiymətləndirilməsi və tədbirlərin planlaşdırılması;
  • KPI-ların müəyyən edilməsi, monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Daxili və xarici auditlərin planlaşdırılması və nəticələrinin izlənməsi;
  • İdarəetmə iclasları üçün fəaliyyət hesabatlarının və hədəflərin icra vəziyyətinin hazırlanması;

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma əsasında (müsahibə zamanı müəyyən ediləcək)
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • İş ünvanı: Badamdar qəsəbəsi

Tələblər

  • Ali təhsil (texniki, mühəndislik, idarəetmə və ya müvafiq sahə üzrə)
  • Keyfiyyətə nəzarət sahəsində minimum 3–5 il iş təcrübəsi
  • ISO 9001 və digər keyfiyyət standartları üzrə biliklər
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Liderlik və komanda idarəetmə qabiliyyəti
  • MS Office və hesabat proqramları ilə işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar