Mado

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Mado
800 ₼
3540
Tam iş günü
Bakı, Azərbaycan
11/03/2026 - 25/03/2026

İş haqqında məlumat

  • İstehsalat sahəsinin qida təhlükəsizliyi və keyfiyyət standartlarına nəzarət etmək
  • Məhsul və ya xidmətlərin keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək
  • Xammal, yarımfabrikat və hazır məhsulun yoxlanılmasını həyata keçirmək
  • Məhsulların tələb olunan standartlara uyğun görünüşünü yoxlamaq
  • Bütün məhsulların eyni starndartda hazırlanmasının təmin olunmasını yoxlamaq
  • Məhsulun qəbulu, istehsal, qablaşdırma və daşınma proseslərində gigiyena qaydalarına riayət olunmasını yoxlamaq
  • Temperatur rejimlərinin (soyuducu, istisaxlanma, daşınma) gündəlik izlənilməsi
  • Uyğunsuzluqların aşkarlanaraq aradan qalırılması üçün müvafiq bölümlərə və əməkdaşlara məlumat verilməsi
  • Müvafiq hesabatların hazırlanılması və rəhbərliyə təqdim edilməsi
  • İstehsal prosesində keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək
  • Müştəri şikayətlərini araşdırmaq və cavab tədbirləri hazırlamaq
  • İaşə bölmələrinin  sanitar gigiyena qaydalarına uyğun təmizlənməsinə nəzarət etmək
  • Təyin olunan digər vəzifələri icra etmək

Şərtlər:

  • Əmək haqqı 800 manat, əmək haqqı artandır
  • 6 günlük iş rejimi

Tələblər

  • Müvafiq vəzifə üzrə  minimum 1 il iş təcrübəsi
  • Qida mühəndisliyi ixtisası üzrə Ali təhsil
  • HACCP sistemi üzrə biliklər və sertifikat
  • MS Office proqramları (Word, Excel) üzrə biliklər
  • Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.