"Fin-Plast İnternational" MMC

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Kiçik Mütəxəssis)

"Fin-Plast İnternational" MMC
Ə/h razılaşma ilə
361
Növbəli iş
Sumqayıt, Azərbaycan
29/07/2026 - 29/08/2026

İş haqqında məlumat

  • İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasını həyata keçirmək;
  • Məhsulların müəyyən edilmiş standartlara, texniki şərtlərə və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək;
  • Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və vaxtında rəhbərliyə məlumat vermək;
  • Keyfiyyətə nəzarətlə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • İstehsalat prosesində keyfiyyət prosedurlarına və daxili qaydalara əməl olunmasına nəzarət etmək;
  • Laborator və istehsalat yoxlamalarının nəticələrini izləmək və müvafiq sənədləşməni aparmaq.

İş şəraiti:

  • Əmək haqqı – razılaşma yolu ilə;
  • Növbəli iş qrafiki;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Sumqayıt daxili servis xidməti mövcuddur.

Tələblər

  • Kimya, Standartlaşdırma, Qida mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
  • İstehsalat və ya keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi üstünlükdür;
  • Yalnız bəy namizədlər müraciət edə bilər.

 CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya əlavə məlumat üçün +994 50 251 14 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.