hrin.az
Reklam
Azersun Holding

Keyfiyyətə nəzarət üzrə mütəxssis (Masazır və Sumqayıt)

Azersun Holding

Əmək haqqı: Razılaşma

120005 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli
ŞəhərBakı və bölgələr
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Şirkət: Azərsun Holdinq MMC - Bakı şəhəri Masazır qəsəbəsi və Sumqayıt şəhərində yerləşən istehsalat müəssisələri

Tələblər:  

  • Ali təhsil (Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
  • Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 2 il iş təcrübəsi.
  • MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
  • Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
  • Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
  • Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)    

Vəzifə öhdəlikləri

  • İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
  • Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
  • İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
  • Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
  • Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
  • İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
  • Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
  • Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək

İş yeri: 

  • Bakı Qida və Yağ Fabriki MMC
  • Azərsun Kağız və Karton İstehsalat Korporasiyası
  • Azərbaycan Duz İstehsalat Birliyi MMC

İş şəraiti

  • İş Qrafiki: Növbəli (3 növbə)
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur
Reklam