Keyfiyyətin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Bakı Metropoliteni
Ə/h razılaşma ilə
5899
Tam iş günü
Bakı,
Azərbaycan
28/11/2025
-
28/12/2025
İş haqqında məlumat
- Metropolitendə keyfiyyətin idarə edilməsi sisteminin (KİS) beynəlxalq standartlara (ISO 9001 və s.) uyğun təşkili, tətbiqi və sənədləşməsinə nəzarət etmək;
- Daxili keyfiyyət auditlərinin planlaşdırılması, keçirilməsi və xarici audit proseslərində koordinasiyanın təmin edilməsi;
- Fəaliyyət zamanı aşkar edilən uyğunsuzluqların kök səbəblərini təhlil etmək, düzəldici və profilaktik tədbirlər planı hazırlamaq və icrasını izləmək;
- yüksək riskli sahələrdə keyfiyyət nəzarətini prioritetləşdirmək və KPI göstəricilərini təhlil etmək;
- KİS-ə dair daxili normativ sənədlərin (prosedur, təlimat) hazırlanması, aktuallığının qorunması və sənəd dövriyyəsinin idarə edilməsi;
- Metropoliten əməkdaşları üçün keyfiyyət standartları və prosedurlar barədə təlimatlandırma və maarifləndirmə işlərinin aparılması.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- Ali təhsil (mühəndislik, iqtisadiyyat, idarəetmə və ya standartlaşdırma üzrə)
- Keyfiyyətin təminatı (QA/QC) və ya ISO standartlarının tətbiqi sahəsində minimum 3 il iş təcrübəsi;
- ISO 9001 standartı üzrə dərin biliklər (ISO 9001 üzrə “Lead auditor” və ya daxili auditor sertifikatına, eləcə də digər idarəetmə sistemləri (məs., ISO 45001, ISO 14001, ISO 19011) üzrə sertifikatlara malik namizədlərə üstünlük verilir);
- Proseslərin xəritələnməsi, audit aparma və hesabatlılıq bacarığı;
- MS Office proqramlarında (xüsusilə MS Excel, MS Visio və ya analoji sxem proqramları) sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, detallara diqqət və problemləri həll etmə qabiliyyəti;
- Azərbaycan dili mükəmməl, texniki sənədləri və standartları araşdırmaq üçün yaxşı ingilis və ya rus dili biliyi arzuolunandır.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5420 müraciətinizi tamamlaya bilərsiniz.