Bakı,
Azərbaycan
10/04/2026
-
24/04/2026
İş haqqında məlumat
- Şirkətin təqdim etdiyi kibertəhlükəsizlik həllərini texniki baxımdan dərindən öyrənmək və müştəri ehtiyaclarına uyğun optimal həllərin dizaynında iştirak etmək
- Müştərilərlə işləyərək təhlükəsizlik həllərinin implementasiyası və inteqrasiyasını həyata keçirmək
- Daxili komanda və müştərilər üçün texniki ekspert kimi çıxış etmək
- Müxtəlif təhlükəsizlik həllərinin (məs: Firewall, Endpoint Security, Email Security, PAM, DLP və s.) qurulması, idarə edilməsi və texniki dəstəyinin təmin olunması
- Təhlükəsizlik həlləri üzrə best practice-lərin tətbiqi və müştərilərə tövsiyələrin verilməsi
- Şəbəkə, əməliyyat sistemləri və təhlükəsizlik alətləri üzrə texniki anlayışların tətbiqi
- Sistem və həllərdə yaranan problemlərin analizi və aradan qaldırılması (troubleshooting)
- Müştərilər üçün təqdim edilən həllər üzrə PoC (Proof of Concept) işlərinin aparılması
- Müştəri məmnuniyyətinin təmin edilməsi, sistemlərin stabil işləməsinin dəstəklənməsi
- Yeni texnologiyaların və təhlükəsizlik alətlərinin müstəqil öyrənilməsi və tətbiqi
- Texniki sənədləşmənin hazırlanması (deployment, konfiqurasiya və s.)
Əməkhaqqı: mühasibə əsasında müəyyən ediləcək.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır;
- Ən azı 1-2 il kibertəhlükəsizlik, sistem və ya şəbəkə sahəsində praktiki iş təcrübəsi;
- Ən azı bir və ya bir neçə təhlükəsizlik həllinin (Firewall, Endpoint Security, Email Security, PAM, DLP və s.real implementasiya təcrübəsi;
- Problemləri analitik və sistemli şəkildə həll etmə bacarığı;
- Yeni texnologiyaları sürətli öyrənmə və tətbiq etmə qabiliyyəti
- Müştəri ilə texniki ünsiyyət qurmaq bacarığı
- Müstəqil işləmə və məsuliyyət götürmə qabiliyyəti
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili – texniki səviyyədə, Rus dili – arzu olunandır.
Texniki Tələblər
- Şəbəkə texnologiyaları üzrə biliklər (switching, routing, VPN və firewall məntiqi)
- Sistem bilikləri (Windows və Linux mühitləri, Serverlərin qurulması və administrasiyası)
- Təhlükəsizlik texnologiyaları üzrə təcrübə (Firewall, Endpoint Security, Email Security/EDR/XDR, PAM, DLP, WAF - bir neçəsi kifayətdir)
- Müasir kibertəhdidlər, malware və əsas təhlükəsizlik yanaşmaları haqqında anlayış
AI və müasir alətlər üzrə tələblər
- AI əsaslı alətlərdən istifadə təcrübəsi (məs: ChatGPT, GitHub, Copilot və s.)
- Texniki problemlərin araşdırılması və həlli üçün AI alətlərindən effektiv istifadə bacarığı
- Yeni texnologiyaları və tool-ları öyrənmək üçün AI-dən istifadə etmək bacarığı
- Avtomatlaşdırma və skript yazma proseslərində AI dəstəyindən istifadə təcrübəsi üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.