Bakı,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
- Kibertəhlükəsizlik məhsullarının tətbiqi, qorunması, təkmilləşdirilməsi və sınaqdan keçirilməsi;
- İstifadəçilərə və müştərilərə kibertəhlükəsizliklə bağlı dəstəyin göstərilməsi;
- Kibertəhlükəsizlik həllərinin inteqrasiya olunması və onların düzgün qaydada işləməsinin təmin edilməsi;
- Sistem, servis və məhsulların təhlükəsiz şəkildə konfiqurasiya edilməsi;
- Sistem, servis və məhsulların təhlükəsizliyinin qoruması və təkmilləşdirilməsi;
- Kibertəhlükəsizlik prosedurlarının və kontrollarının tətbiqi;
- Sistemlərin, xidmətlərin və servislərin təhlükəsizliyini sənədləşdirilməsi və hesabatların hazırlanması;
- Kibertəhlükəsizliklə bağlı tədbirlərdə İT/OT işçiləri ilə birgə işləmək;
Biz nə təklif edirik:
- İş qarfiki 5/2, 09.00-18.00
- Nahar xərcinin ödənişi
- İllik performans
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
- “Learning Hub” platformalarından istifadə imkanı
Tələblər
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , texniki səviyyədə İngilis dili biliyi;
- Məlumatların kənara sızılmasının və informasiya sistemlərinə kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
- İT Təhlükəsizlik konsepsiyaları və əsasları haqqında bilik;
- XDR/EDR həllərinin tətbiqi və konfiqurasiyası
- WAF həllərin tətbiqi və konfiqurasiyası;
- SIEM həllərinin tətbiqi və konfiqurasiyası;
- Email Security həllərinin tətbiqi və konfiqurasiyası;
- Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DB , SQL, scripting, security hardening;
- Şəbəkə protokolları (TCP/IP, DNS, DHCP), VLAN və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər;
- MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları haqqında anlayış;
- Təhlükəsizlik boşluqları barədə biliklər (OWASP və .);
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
- Təşəbbüskarlıq, yeniliyə açıqlıq və inkişaf yönümlülük.
Üstünlük verilən bilik və bacarıqlar:
- Proqramlaşdırma dilləri üzrə biliklər (Python, Java, PHP, SQL və s);
- Yüksək səviyyədə Rus dili biliyi
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.