Bakı,
Azərbaycan
20.08.2025 04:15
-
20.09.2025 12:00
İş haqqında məlumat
- Kibertəhlükəsizlik fəaliyyət planlarının daxili və qrup siyasətlərinə uyğun icrasını təmin etmək;
- Təhlükəsizlik standartlarının, prosedurlarının və qaydalarının hazırlanmasında iştirak etmək:
- Daxili təhlükəsizlik sistemlərinin monitorinqi və texniki dəstəyi;
- Kibertəhlükəsizliklə bağlı hesabat və analitik göstəricilərin hazırlanması;
- SOC ilə bağlı sorğular və hadisə eskalasiyaları üzrə L2 əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək;
- Təhlükə,təhdid və zəifliklərin idarə olunması, təhlili və qarşı tədbirlərin görülməsi;
- SOC komandası ilə birgə xəbərdarlıqların analizi, triage və respond tədbirlərini həyata keçirmək;
- Sistemlərdə və şəbəkələrdə zəiflikləri aşkarlamaq, qiymətləndirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
- Daxili komandalarla əməkdaşlıq edərək zəifliklərin vaxtında aradan qaldırılmasını təmin etmək;
- Təhlükəsizlik araşdırmaları zamanı İT və digər departamentlərlə birgə işləmək;
- Hadisə reaksiyası proseslərində iştirak: sənədləşmə, təsir analizi, bərpa tədbirləri;
- Daxili və xarici təhlükəsizlik uyğunluğu proseslərinə dəstək.
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar);
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü);
- İş yeri: Bakı şəhəri;
- Təlim və inkişaf imkanları;
- Professional və maddi artım üçün perspektiv;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını (Kibertəhlükəsizlik üzrə mütəxəssis) email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter elmləri, Kibertəhlükəsizlik və ya oxşar sahədə bakalavr dərəcəsi;
- Kibertəhlükəsizlik sahəsində minimum 2 il peşəkar təcrübə;
- ISO 27001, NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər;
- SOC mühitində və SIEM alətləri ilə işləmə təcrübəsi;
- Zəifliklərin skan edilməsi və risklərin aradan qaldırılması üzrə təcrübə;
- Kommunikasiya bacarıqları və funksional komandalarla əməkdaşlıq etmə qabiliyyəti;
- CompTIA Security+, CEH və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür.