Azərşəkər LLC

Kiçik aqronom-Yevlax

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1222
Tam iş günü
Yevlax, Azərbaycan
13.08.2025 02:23 - 13.09.2025 12:00

İş haqqında məlumat

  • Əkin, gübrələmə, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər üzrə toplanan məlumatların gündəlik, həftəlik və mövsümi qaydada qeydiyyatını aparmaq;
  • Torpaq, su və bitki analizlərinin nəticələrini işləyib təhlil etmək, məhsuldarlığa təsir edən faktorları müəyyənləşdirmək;
  • Əkin sahələrinin məhsuldarlıq göstəricilərini əvvəlki illərin nəticələri ilə müqayisəli analizini aparmaq və inkişaf tendensiyalarını müəyyən etmək;
  • Bitkilərin inkişaf mərhələləri, xəstəlik/zərərverici müşahidələri və tədbirlərin effektivliyi barədə statistik məlumatları toplamaq və sistemləşdirmək;
  • Hazırlanan analizlər əsasında idarəetmə orqanlarına yazılı hesabatlar təqdim etmək (aylıq, mövsümi, illik formatlarda);
  • Hesabatlarda həm faktiki nəticələr, həm də növbəti mövsüm üçün təklif olunan tədbirlər barədə əsaslandırılmış təkliflər vermək;
  • Aqrar fəaliyyətlə bağlı rəqəmsal platformalarda (ERP, MS Excel və s.) məlumatların düzgün və tam şəkildə daxil olunmasını təmin etmək.

Əlavə məlumat:

  • Struktur: Əməliyyatlar departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Aqronom məsləhətçi;
  • İş yeri: Yevlax rayonu;
  • İş qrafiki: 6 günlük iş həftəsi  (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00) .

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aqronom-Yevlax) qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Azərbaycan  dili səlis, ingilis  dili arzu olunandır;
  • MS Office (Word, Excel, Power Point) proqramlarında işləmək bacarığı.