Bakı,
Azərbaycan
10/09/2026
-
24/09/2026
İş haqqında məlumat
Vəzifənin məqsədi
- Şirkətin brendlərinin inkişafına və dəstəklənməsinə töhfə vermək, marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, brend kommunikasiyalarının vahid konsepsiyaya və müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək.
İşin təsviri
Brend və strategiya
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak
- Brendin vahid mövqeləndirilməsinin və vizual imicinin qorunması
- Brandbook və brend qaydaları ilə işləmək, onların tələblərinə riayət olunmasına nəzarət
- Rəqiblərin və bazar tendensiyalarının təhlili
- Layihələr üzrə mövqeləndirmə və kommunikasiya konsepsiyalarının hazırlanmasında iştirak
Marketinq layihələri və kampaniyalar
- Reklam və imic kampaniyalarının hazırlanmasında iştirak
- Kreativ konsepsiya və ideyaların hazırlanması
- Dizaynerlər, SMM, digital, PR və event agentlikləri üçün brief və texniki tapşırıqların hazırlanması
- Marketinq materiallarının hazırlanması prosesinin koordinasiyası
- Materialların keyfiyyətinə, son tarixlərə və təsdiq edilmiş konsepsiyaya uyğunluğuna nəzarət
Kontent və kommunikasiya
- Kontent konsepsiyalarının hazırlanmasında iştirak
- SMM, digital, outdoor, event və digər kommunikasiya kanalları üçün ideyaların hazırlanması
- Dizaynerlərə və xarici podratçılara tapşırıqların verilməsi
- Hazırlanmış materialların dərc və ya istehsaldan əvvəl yoxlanılması
Analitika və hesabatlılıq
- Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
- Marketinq fəaliyyətlərinin effektivliyinin təhlili
- Sadə hesabatların və təqdimatların hazırlanması
- Marketinq araşdırmaları və onların nəticələri ilə işləmək
Podratçılarla iş
- Marketinq agentlikləri və frilanserlərlə kommunikasiya
- Tapşırıqların müəyyən edilməsi və ötürülməsi
- Rəylərin və düzəlişlərin toplanması və strukturlaşdırılması
- Layihələrin son tarixlərinə nəzarət
- Layihələr üzrə statusların aparılması
Tələblər
- Təhsil: Marketinq, Biznes, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil üstünlükdür
- İş təcrübəsi: Marketinq, brendinq və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi
Bacarıqlar:
- Brand Management və marketinqin əsas prinsiplərini anlamaq
- Yüksək vizual zövq və kreativ düşüncə
- Məlumatı strukturlaşdırmaq və sistemləşdirmək bacarığı
- PowerPoint / Google Slides proqramlarında işləmək bacarığı
- Digital marketinq və SMM üzrə baza bilikləri
- Bir neçə tapşırıqla eyni vaxtda işləmək və son tarixlərə riayət etmək bacarığı
- Güclü şifahi və yazılı kommunikasiya bacarığı
Dil bacarıqları: Azərbaycan dili - səlis, rus dili - səlis, ingilis dili – üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: 09:00–18:00
- Məşğulluq növü: Tam ştat / 5 iş günü
- İş yeri: Zahid Xəlilov küç.576
Biz təklif edirik
- Böyük şirkətinin marketinq komandasında işləmək imkanı
- Real layihələrdə və yeni məhsul/brend lansmanlarında iştirak
- Brand Management istiqamətində peşəkar inkişaf imkanı
- Xarici agentliklər və kreativ komandalarla işləmək imkanı
- Böyük marketinq kampaniyalarının hazırlanmasında iştirak
- Karyera və peşəkar inkişaf imkanları
- Rəqabətli əmək haqqı