Iktex LLC

Kiçik Data Analitik (Junior data analyst)

Iktex LLC
700 - 1300 ₼
487
Tam iş günü
Bakı, Azərbaycan
12/11/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili; 
  • Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası; 
  • Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması; 
  • Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; 
  • Yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək; 
  • Gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq; 
  • Məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq; 
  • Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 

Üstünlüklərimiz:

  • Peşakar komandada işləmək imkanı;
  • Yeni işçinin təlimləndirilməsi;
  • Ölkədaxili və xarici təlimlərdə iştirak;
  • Şirkət tərəfindən nahar;
  • Karyera unkişafı.

Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 700-1300 AZN)

Vakansiyanın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Data Analitik (Junior data analyst)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İT sahəsi üzrə); 
  • Hərbi mükəlləfiyyətli. (Yaşı 28-dən çox olmayan); 
  • Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı; 
  • Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür; 
  • Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili; 
  • Xarici dil bilikləri arzuolunandır. 

Səriştələr:

  • Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
  • İnkişafa yönümlü və innovativ;
  • Operativlik və çeviklik;
  • Komandada işləmək bacarığı;
  • Nəticə yönümlü.