Bakı,
Azərbaycan
07/08/2026
-
21/08/2026
İş haqqında məlumat
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili;
- Müxtəlif sistemlərdən məlumatların toplanması, təmizlənməsi və analiz olunmasında iştirak etmək
- Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası;
- Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması;
- Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Texniki və analitik dokumentasiyaların hazırlanmasına dəstək olmaq;
- Məlumat keyfiyyəti yoxlamaları aparmaq və uyğunsuzluqları müəyyən etmək;
- Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək
Üstünlüklərimiz:
- Peşakar komandada işləmək imkanı;
- Yeni işçinin təlimləndirilməsi;
- Ölkədaxili və xarici təlimlərdə iştirak;
- Şirkət tərəfindən nahar;
- Karyera inkişafı.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 800-1300 AZN)
Tələblər
- Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə);
- Hərbi mükəlləfiyyətli. (Yaşı 29-dan çox olmayan);
- Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;
- Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür;
- Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili;
- Xarici dil bilikləri arzuolunandır.
Səriştələr:
- Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
- İnkişafa yönümlü və innovativ;
- Operativlik və çeviklik;
- Komandada işləmək bacarığı;
- Nəticə yönümlü.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun