Bakı,
Azərbaycan
16/03/2026
-
30/03/2026
İş haqqında məlumat
- Elektrik quraşdırma işlərini və podratçıların fəaliyyətini layihə sənədlərinə uyğunluq baxımından izləmək və nəzarətdə iştirak etmək
- Elektrik layihələrini və texniki cizgiləri oxumaq və onların icra prosesini izləmək
- Elektrik sistemlərinin layihə spesifikasiyalarına uyğun quraşdırılması prosesində monitorinq aparmaq
- Elektrik avadanlıqlarının quraşdırılması və ilkin test prosesində iştirak etmək
- Layihə üzrə elektrik işlərinin icra qrafikini izləmək və mümkün gecikmələr barədə rəhbərliyi məlumatlandırmaq
- Qüsurların və texniki problemlərin müəyyən edilməsi prosesində iştirak etmək və onları məsul mühəndislərə bildirmək
- Aşkar edilmiş texniki uyğunsuzluqlar və risklər barədə müvafiq elektrik mühəndisləri məlumatlandırmaq
Əmək şəraiti:
- İş saatı: həftənin 5 günü, saat 09:00-18:00,
- İş yeri: Bravonun istismar obyektləri
Tələblər
- Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi
- Bakalavr dərəcəsi və ya ekvivalenti (Elektrik / Mexanika mühəndisliyi üzrə)
- Layihə sənədlərini oxuma və texniki spesifikasiyaları başa düşmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
- Bacarıqlar
- Analitik düşüncə və problemlərin ilkin qiymətləndirilməsi bacarığı
- Vaxtın effektiv idarə olunması
- Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı
- AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı
- Əsas xüsusiyyətlər
- Komanda ilə effektiv işləmək bacarığı
- Yüksək məsuliyyət və motivasiya
- Peşəkar yanaşma və diqqətlilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.