Baku Electronics

Kiçik interyer dizayner

Baku Electronics
Ə/h razılaşma ilə
3853
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Mağaza planlarını təhlil etmək və kommersiya komandasına uyğun olaraq yeni stendlərin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Stendlər üçün texniki tələblərin müəyyən edilməsi: elektrik xətləri, işıqlandırma, LAN/data bağlantıları, mexaniki və konstruktiv tələblər və s.;
  • Vendorlar və mağaza texniki komandası ilə koordinasiya edərək stendlərin düzgün quraşdırılmasını təmin etmək;
  • Material seçimi, istehsal və quraşdırma mərhələlərində texniki dəstək göstərmək;
  • Yeni mağazaların açılışı, relokasiya və renovasiya layihələrində dizayndan icraya qədər bütün proseslərdə iştirak etmək;
  • Kommersiya, retail və marketinq komandaları ilə mütəmadi əməkdaşlıq edərək layihələrin vaxtında icrasını təmin etmək;

Tələblər

  • Memarlıq və ya İnteryer Memarlığı üzrə bakalavr dərəcəsi;
  • AutoCAD proqramında sərbəst işləmə bacarığı;
  • Elektrik, işıqlandırma və quraşdırma prosesləri üzrə texniki biliklər;
  • Sahədə işləmə və texniki koordinasiya aparmaq bacarığı;
  • Kommunikasiya və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli və təşkilatçılıq qabiliyyətlərinə malik olmaq;
  • Dil biliyi: İngilis dili-orta.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.