Bakı,
Azərbaycan
24/07/2026
-
07/08/2026
İş haqqında məlumat
GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya və laborator xidmətləri sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. Layihələrin gündəlik koordinasiyasını, sənədləşməsini və hesabatlılığını təmin edəcək, layihə komandaları arasında məlumat mübadiləsini koordinasiya edəcək Kiçik Layihə Koordinatoru axtarırıq.
- Layihə sənədlərini hazırlamaq, qeydiyyata almaq və arxivləşdirmək.
- Gündəlik, həftəlik və aylıq hesabatları (DPR, WPR və s.) hazırlamaq və yeniləmək.
- Layihə cədvəllərini və icra statusunu izləmək və yeniləmək.
- Müştəri, podratçı və daxili komandalar arasında yazışmaları və məlumat mübadiləsini koordinasiya etmək.
- İclasları təşkil etmək və görüləcək işlərin icrasını izləmək.
- Sahə komandalarından məlumat toplamaq və layihə sənədlərinə daxil etmək.
- Mobilizasiya, logistika və satınalma proseslərini koordinasiya etmək.
- Layihə Meneceri tərəfindən verilən digər tapşırıqları icra etmək.
Əmək haqqı və şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Tələblər
- Mühəndislik, Layihələrin İdarə Edilməsi, İnşaat və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
- Layihələrin planlaşdırılması, layihələrin idarə olunması və ya əlaqəli sahədə 1 il iş təcrübəsi;
- Layihə planlaması prinsipləri və vaxt qrafiklərinin hazırlanması barədə ilkin biliklər;
- MS Office proqramlarında, xüsusilə MS Excel proqramında işləmək bacarığı;
- MS Project proqramı üzrə bilik üstünlük hesab olunur;
- Analitik düşünmə, yüksək məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun