Bakı,
Azərbaycan
04/09/2026
-
18/09/2026
İş haqqında məlumat
- Təhsil: Ali
- Təcrübə: 1 il
- Kompyuter biliyi: MS Office proqramları
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri
- Metalların ümumi xüsusiyyətlərini və qəlibləmə texnologiyasını bilmək;
- MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilməlidir;
- Yerli və beynəlxalq (DÜST, GOST, EN, İSO, APİ, AWWA və s.) standartlarda olan toleranslarla işləmək və bunları bilmək.
Tələblər
- Kimyəvi analiz hesabatlarını qeydiyyata alıb, Protokol sənəd qovluğuna yerləşdirmək;
- Yeni məhsulun dövriyyəyə alınması prosesində tökmə sahəsindəki bütün proseslərin (metal əritmə, qəlibləmə, içlik hazırlama) yaxından izlənməsi və sənədləşmənin aparılması;
- Yeni məhsul dövriyyəyə alındığı zaman KT və KN şöbəsinin tutduğu hesabatları əldə edib, qovluqlara yerləşdirmə;
- Yeni məhsul izlənmə cədvəlinin cari saxlanmasının təmin edilməsi;
- “PPAP” sənədlərinin hazırlanması zamanı öz sahəsi üzrə olan sənədlərin işlənməsi.
- “Dizayn istehsal planı”, “Model istehsal planı”, “Yeni istehsal planı” cədvəllərini izləməli və “Protokol sənədlər” cəvəlinin isə güncəl saxlanmasını təmin edir;
- Yeni məhsulun istehsalat addımlarının izlənməsi və nəticələrinin qeydə alınması;
- İstehsal olunan məhsulların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Yeni tökülən məhsulların kəsmə-cilalama və qaynaq təlimatlarının yazılmasını təmin etmək;
- Yeni məhsulun son nəticəsinin protokol şəkildə sənədləşdirilməsi;
- Şöbə rəhbərinin tapşırdığı digər texniki məsələlərin həllində fəal iştirak etmək.
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
- Nahar və servis şirkət tərəfindən təmin olunur.