Bakı,
Azərbaycan
22/04/2026
-
06/05/2026
İş haqqında məlumat
Kiçik Mexaniki Mühəndis tikinti və obyektlərdə mexaniki sistemlərin (HVAC, havalandırma, su və digər mexaniki sistemlər) quraşdırılması və monitorinqində iştirak edir. Podratçıların gördüyü mexaniki işlərin layihə spesifikasiyalarına uyğun icrasına nəzarətə köməklik edir və tikinti komandasina dəstək verir.
Vəzifə öhdəlikləri:
- Mexaniki sistemlərin quraşdırılmasına nəzarətə dəstək etmək
- Mexaniki layihələri və texniki cizgiləri oxumaq və şərh etmək
- HVAC, havalandırma və digər mexaniki sistemlərin quraşdırılma prosesini izləmək
- Mexaniki avadanlıqların quraşdırılması və test prosesində iştirak etmək
- Layihə üzrə mexaniki işlərin icra qrafikini izləmək və gecikmələri hesabatlandırmaq
- Qüsurların və texniki problemlərin aradan qaldırılması prosesində iştirak etmək
Əmək şəraiti:
- Iş saatları: həftənin 5 günü, saat 09:00-18:00
- iş yeri: Bravonun istismar obyektləri
Tələblər
- Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi
- Bakalavr dərəcəsi və ya ekvivalenti (Mexanika mühəndisliyi üzrə)
- Layihə sənədlərini oxuma və texniki spesifikasiyaları başa düşmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
- Analitik düşüncə və problemlərin həlli bacarığı
- Vaxtın effektiv idarə olunması
- Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı
- AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı
- Komanda ilə effektiv işləmək bacarığı
- Yüksək məsuliyyət və motivasiya
- Peşəkar yanaşma və diqqətlilik
- Müstəqil işləmək bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.