Ikma

Kiçik mühasib

Ikma
Ə/h razılaşma ilə
1797
Tam iş günü
Bakı, Azərbaycan
05.08.2025 10:30 - 05.09.2025 12:00

İş haqqında məlumat

  • Maliyyə əməliyyatları üzrə təsdiqlənmiş sənədlərin təqdim edilməsinə nəzarət etmək;
  • E-qaimələri yoxlamaq və aidiyyəti şöbələrdən təsdiq almaq;
  • Bank ödənişlərini icra etmək;
  • Xarici təchizatçılar və gömrük ödənişləri ilə hesablaşmaları idarə etmək;
  • Gündəlik maliyyə əməliyyatlarını (alışlar, satışlar, əməkhaqqı və s.) ERP sistemində qeyd etmək;
  • Əməkhaqqı ödənişlərinə və əməkhaqqı kartlarının sifarişinə nəzarət etmək;
  • Debitor və kreditorlarla üzləşmələri aparmaq;
  • Vergi orqanları ilə elektron sistem üzərindən yazışmaları cavablandırmaq;
  • Xərclərin ERP sistemində düzgün əks olunmasına nəzarət etmək.

İş şəraiti:

  • Ünvan: AGA Business Center;
  • İş rejimi: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
  • Əmək haqqı: Müsahibə zamanı müzakirə olunacaq.

Əgər siz də bu vəzifədə maraqlısınızsa, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Kiçik Mühasib" qeyd etməklə göndərin.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı bilik;
  • MS Excel və mühasibat proqramlarında işləmək bacarığı;
  • Diqqətcil olmaq və təyin olunmuş vaxtlarda işləri tamamlayabilmək;
  • İngilis dili – orta səviyyə.