Azərşəkər LLC

Kiçik mühasib

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1329
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 10:04 - 20.11.2025 12:00

İş haqqında məlumat

  • Satış üzrə elektron qaimələrin və hesab-fakturaların göndərilməsi, bu əməliyyatların və daxil olan pul vəsaitlərinin 1C/ERP sisteminə daxil edilməsi;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və debitor və kreditorlarla üzləşmələrin aparılması;
  • Daxil olmuş elektron qaimələrin sənədlərinin tam şəkildə yığılmasına kömək etmək, xidmət alışlarının təsdiqedici sənədlərə əsaslanaraq 1C/ERP sisteminə daxil etmək;
  • Texnika subsidiyaları üzrə müvafiq sənədlərin yığılması, çatışmayan sənədlər üzrə təchizatçılarla danışıqların aparılması, bankdan gələn uyğunsuzluqların araşdırılması və uçotun aparılması;
  • Ay bağlanışı zamanı əməliyyatların 1C/ERP sisteminə daxil edilməsində Baş mühasibə köməkliyin göstərilməsi;
  • Təsərrüfat sahələrində çalışan mühasiblərin cari işlərinin görülməsində dəstək göstərilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Əlavə məlumat:

  • Struktur: Maliyyə departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Baş mühasib;
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi;
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00).

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik mühasib) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.   

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
  • Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili yaxşı;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
  • 1C/ERP sistemində işləmək bacarığı.


Oxşar vakansiyalar