Bakı,
Azərbaycan
25/06/2026
-
09/07/2026
İş haqqında məlumat
- Şəbəkə avadanlıqları (router, switch, access point) sazlanması, nəzarəti və texniki dəstəyi;
- NVR/DVR sistemlərin və təhlükəsizlik kameraların quraşdırılması, sazlanması və monitorinqi;
- Ofis kompüterlərin, printerlərin və digər IT avadanlıqların texniki xidməti;
- Proqram təminatının yenilənməsi və təhlükəsizlik tədbirlərinin təmin edilməsi;
- İstifadəçilərə texniki dəstək göstərmək (hardware/software problemlərinin həlli);
- IT avadanlıqların uçotunun aparılması və texniki hesabatların hazırlanması.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş rejimi.
- Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.
Tələblər
- Şəbəkə texnologiyaları haqqında baza bilikləri (LAN, WAN, TCP/IP, VLAN, DHCP, DNS və s.);
- Router, switch və access point-lərin ilkin konfiqurasiyası və idarəedilməsi bacarığı;
- NVR/DVR sistemləri (Hikvisiov), IP və analoq təhlükəsizlik kameraları ilə iş təcrübəsi;
- Əməliyyat sistemlərinin (Windows, bəzən Linux əsaslı sistemlərin) quraşdırılması və sazlanması üzrə biliklər;
- Ofis avadanlıqları (printer, skaner və s.) ilə iş bacarığı;
- Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;
- Komanda ilə işləmək və işə məsuliyyətli yanaşma;
- Müvafiq ixtisas üzrə orta ixtisas təhsili və ya ali təhsil arzuolunandır;
- Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi;
- Aşağıdakı beynəlxalq sertifikatlardan birinin mövcud olması üstünlük sayılır: CompTIA Network + və ya CompTIA Security + Cisco CCNA (Cisco Certified Network Associate).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun