Sumqayıt,
Azərbaycan
30/06/2026
-
14/07/2026
İş haqqında məlumat
- İstehsalata daxil olan xammal, yarımfabrikat və hazır məhsulların laborator analizlərini aparmaq;
- Məhsulların ASTM, GOST, ISO və müəssisədaxili texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Analiz nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
- Laboratoriya avadanlıqlarının düzgün istismarına, kalibrlənməsinə və texniki vəziyyətinə nəzarət etmək;
- Məhsul keyfiyyətinin davamlı yaxşılaşdırılması istiqamətində istehsalat komandası ilə birgə fəaliyyət göstərmək;
- Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərə riayət etmək.
İş şəraiti
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı
- İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi)
- Əmək haqqı: 1 500 AZN-dən başlayır və namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Tələblər
- Kimya, Kimya Mühəndisliyi, Neft-kimya, Kimya Texnologiyası və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Laboratoriya və ya istehsalat sahəsində 1–3 il iş təcrübəsi;
- Fiziki-kimyəvi analiz metodları üzrə bilik;
- ASTM, GOST və ISO standartları haqqında ümumi bilik;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində;
- Rus dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək bacarığı;
- Operativ qərarvermə və təşəbbüskarlıq;
- Nəticəyönümlülük və peşəkar etik davranış.
Üstünlük veriləcək namizədlər
- Neft məhsulları, sürtgü yağları və ya kimya sənayesində iş təcrübəsi;
- FTIR, ICP-OES, Karl Fischer titratoru və digər analitik laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
- ASTM və GOST standartları ilə praktiki iş təcrübəsi;
- SAP, 1C və ya ERP sistemləri ilə işləmək bacarığı;
- ISO 9001, ISO 14001 və ISO 45001 idarəetmə sistemləri üzrə bilik və ya təcrübə.
Qeyd: Sumqayıt şəhərində və ya Sumqayıta yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun